From Wikipedia, the free encyclopedia
Yukiyoşi Tokoro (所ゆきよし, Tokoro Yukiyoşi?, 15 aprel 1947, Naqoya – 16 sentyabr 2023, Tokio) və ya əsl adı ilə Yoşiyuki Katayama (片山 喜之, Katayama Yoşiyuki?) – Yaponiya karikaturçusu və manqakası. Siyasi karikaturlar çəkmişdir.
Yoşiyuki Katayama 1947-ci ildə Yaponiyanın Naqoya şəhərində doğulmuşdur. Naqoya yerləşən Nanzan Universitetində təhsil alarkən yerli qəzetlər üçün satirik karikaturlar çəkməyə başlamışdır. Sarariman kimi işlədikdən 1978-ci ildə tam şəkildə karikaturçu kimi işləməyə başlamışdır.[1]
Tokoro tənqidlərini daha az aydın göstərməyin bir neçə yolunu yoxladıqdan sonra siyasi fiqurları cüssəli və gödək təsvir edən üsluba keçmişdir. 1985-ci ilin mayında "Mainichi Shimbun" qəzetində karikaturçu kimi işləməyə başlamışdır. O, qəzet üçün həftəlik siyasi karikaturlar çəkmək üçün son xəbər başlıqlarından istifadə edirdi. Onun siyasi karikaturları kabinet inaqurasiyaları və Liberal Demokratik Partiyasında yeni təyinatlar kimi mövzularda olan məqalələrdə istifadə olunurdu.[1]
Tokoro xərçəng xəstəliyi ilə mübarizə aparmasına baxmayaraq karikatur karyerasına davam etmişdir. Onun son işi 17 sentyabr 2023-cü ildə nəşr olunmuşdur. 16 sentyabr 2023-cü ildə mədə xərçəngi səbəbilə ölmüşdür.[1]
1993-cü ildə Nihon Bunqeyka Klubunun incəsənət mükafatına layiq görmüşdür.[1] 2009-cu ildə "Seiji Manga" adlı əsərinə görə Yaponiya Karikaturçular Assosiasiyasının Baş Mükafatını qazanmışdır.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.