Yukio Mişima Ədəbiyyat Muzeyi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Yukio Mişima Ədəbiyyat Muzeyi (三島由紀夫文学館, Mişima Yukio Bunqakukan?) – Yaponiyanın Yamanaşi prefekturasının Yamanakako kəndindəki Yamanankako Ədəbiyyat Meşə Parkında yerləşən ədəbiyyat muzeyi. Yaponiya yazıçısı Yukio Mişimanın həyat və yaradıcılığına həsr olunmuşdur. Muzey Mişimanın bir neçə əsərlərində hadisələrin baş verdiyi yer olan Yamanaka gölünün sahilində yerləşir.[1]
Yukio Mişima Ədəbiyyat Muzeyi | |
---|---|
Açılış tarixi | 3 iyul 1999 |
Təsisçi |
|
Ölkə | |
Yerləşir | Yamanakako[d] |
Kolleksiyası | təq. 6.050 cild |
Direktor | Şoiçi Saeki[d] |
35°24′00″ şm. e. 138°51′59″ ş. u.HGYO | |
mishimayukio.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey 3 iyul 1999-cu ildə Yukio Mişimanın həyat və yaradıcılığı tədqiq etmək və öyrənmək üçün yaradılmışdır.[1] 2002-ci ildə muzeydə Mişima tərəfindən 15 yaşında yazılmış "Ayı balasının hekayəsi" adlı əsəri kəşf edilmişdir.[2]
Muzeyin eksteryeri və həyəti Mişimanın Tokiodakı evi əsasında dizayn edilmişdir. Muzeyin həyətində Apollon heykəli yerləşir: Mişima "Apollon kuboku" adlı səyahətnamənin müəllifi olmuşdur. Birinci mərtəbədə sərgi otaqları, ikinci mərtəbədə oxu zalı yerləşir. Muzeyin xüsusi sərgi otağında hər il bir mövzuya aid sərgilər keçirilir.[1]
Muzeyin kolleksiyasına 20.000-dən çox eksponat daxildir. Bu eksponatlara Mişimanın "Maskanın etirafları", "Dalğaların səsi" və "Qızıl pavilyon məbədi" kimi əsərlərinin əlyazmaları, yaradıcılıq və tədqiqat qeydləri, yazdığı məktublar, çəkdiyi rəsmlər, ona aid olan fotolar, geydiyi paltarlar, əsərlərinə əsaslanan film və tamaşalara aid materiallar (ssenari və posterlər), kitablar və tərcümə materialları daxildir.[1]
Muzeydə Mişimaya aid iki xüsusi video nümayiş etdirilir. Birinci video "Yukio Mişima, dünyanın ən böyük yazıçılarından biri" yazıçının dünyaya baxışı və əsərləri haqqındadır. İkinci video "Böyük bir meşədə nəfəs alan məktublar adamının sevdası" rejissor Amon Miyamotonun Mişima haqqında söhbətindən ibarətdir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.