From Wikipedia, the free encyclopedia
Yucin Miller Van Rid (ing. Eugene Miller Van Reed; 17 may 1835, Ridinq, Pensilvaniya – 2 fevral 1873, Sakit okean) – hollandəsilli ABŞ biznesmeni, macəraçısı və diplomatı.[1] Havay krallığının Yaponiyadakı birinci konsulu olmuşdur.
Yucin Miller Van Rid 1858-ci ildə San-Fransisko şəhərində yapon dənizçi Cozef Heko ilə tanış olmuş və 1859-cu ildə ABŞ-nin Yaponiyadakı konsulluğunun katibi kimi onunla Yaponiyaya getməyə qərar vermişdir.[1][2] O, 1859–1872-ci illərdə Yaponiyanın Yokohama və Tokio şəhərlərində yaşamış,[1] 1866–1873-cü illərdə Havay krallığının Yaponiyadakı birinci baş konsulu olmuşdur.[3] Satsuma hanı ilə yaxın biznes əlaqələri quraraq ABŞ diplomatlarını təəccübləndirmişdir.[1] Yaponiyada "Yokohama Shimpo" qəzetini və "Moshio-gusa" jurnalını nəşr etdirmişdir.[2]
Van Rid müxtəlif biznes sahələri ilə məşğul olmuş, 1868-ci ildə Havay krallığına göndərilmiş ilk yapon işçi qrupunu təşkil etmişdir.[1] Onun başçılığı altında 148 yapon Havay adalarındakı şəkər plantasiyalarında işləməyə göndərilmişdir.[3] Van Rid, Havay hökuməti və yapon işəgötürənləri arasında olan razılıq Yaponiya, ABŞ və Havay arasında siyasi çətinliklərə səbəb olsa da, bu məsələ ABŞ-nin Yaponiyadakı səfiri Çarlz De Lonqun müdaxiləsindən sonra həll olunmuşdur.[1]
1873-cü ildə "Japan" gəmisi ilə ABŞ-yə qayıdarkən Sakit okeanın ortasında ölmüş və San-Fransiskoda yerləşən Mason qəbiristanlığında dəfn olunmuşdur.[3]
Ukiyo-e sənətçisi Sadahide 1861-ci ildə hazırladığı "Amerika: Van Rid" adlı əsərdə onu təsvir etmişdir.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.