From Wikipedia, the free encyclopedia
Yoşio Şiqa (志賀 義雄, Şiqa Yoşio?, 12 yanvar 1901, Hagi[d] – 6 mart 1989) – Yaponiya siyasətçisi. Yaponiya Kommunist Partiyasının üzvü idi.
Yoşio Şiqa 1901-ci ildə Yaponiyanın Fukuoka prefekturasında doğulmuşdur.[1] Tokio Universitetində təhsil alarkən solçu Şincinkay qrupuna qatılmış və yenicə yaradılmış Yaponiya Kommunist Partiyasının üzvü olmuşdur.[1] 1926-cı ildə sosiologiya şöbəsindən[2] məzun olduqdan sonra Kyuiçi Tokuda ilə birlikdə Yaponiya Kommunist Partiyasını yenidən yaratmışdır.[1] 1928-ci ildə kommunistlərin kütləvi həbs olunması hadisəsindən sonra 18 illik həbs cəzası almışdır.[1] Həbs olunmuş bir çox kommunistdən fərqli olaraq idealogiyası inkar etməyi qəbul etməmişdir.[1]
İkinci dünya müharibəsindən sonra azadlığa çıxmış və Yaponiya Kommunist Partiyasının yenidən formalaşdırılmasında iştirak etmiş, partiyanın "Akahata" adlı mətbu orqanının baş redaktoru olmuşdur.[1] 1946-cı ildə Yaponiya parlamentinə seçilmiş, lakin ABŞ rejiminin Qırmızı təmizləmə siyasəti nəticəsində 1950-ci ildə parlamentdən kənarlaşdırılmışdır.[1] Həmin il partiya taktikalarının Kominform tənqidindən sonra gizlənmişdir.[1]
1955-ci ildə ictimai fəaliyyətinə davam etmiş, Nümayəndələr Palatasına daxil olmuş[2] və Yaponiya Kommunist Partiyasının Mərkəzi Komitəsinə seçilmişdir.[1] Nüvə Sınaqlarının Qismən Qadağası Müqaviləsinin ratifikasiyasını dəstəklədiyi üçün 1964-cü ildə partiyadan qovulmuşdur.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.