From Wikipedia, the free encyclopedia
Yevgeni Koşeriu[1](rum. Eugeniu Coșeriu; 1921 — 2002) - Moldova mənşəli alman linqvist, roman dilçiliyi üzrə mütəxəsssis, professor[2], 50-dən çox kitabın müəllifi, Rumıniya Akademiyasının fəxri üzvü.
Yevgeni Koşeriu | |
---|---|
rum. Eugen Coșeriu | |
Doğum tarixi | |
Doğum yeri | Belsı, Moldova |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Tübingen, Almaniya |
Vətəndaşlığı | Rumıniya |
Elm sahəsi | Dilçilik |
Elmi dərəcəsi | professor |
İş yeri | Tübingen Universiteti |
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları | |
coseriu.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Yevgeni Koşeriu 27 iyul 1921-ci ildə Rumıniya Krallığının Mixeylen kəndində anadan olmuşdur. Sonralar həmin ərazi — Moldova SSR, hal-hazırda isə Moldova Respublikası adlandırıldı.
Belsı şəhərində yerləşən Liceul Teoretic„İon Creangă" liseyində təhsil almışdır. Sinif yoldaşları Bessarabiya yazıçısı- Vadim Piraoqan və rumın yazıçı- Sergiu Grossu olmuşdur.[3] Suza Universitetini bitirdikdən sonra Koşeriu 1940-cı ildə İtaliyaya yola düşdü. Romada yerləşən İtaliya Mədəniyyət Universitetində təhsilini davam etdirdi. 1944-cü ildə Yevgeni cənub slavyan xalqlarının poeziyasına məxsus olan Chanson de geste (epik məzmunlu fransız orta əsr ədəbiyyatının janrı) haqqında olan dissertasiyasına görə dərəcə aldı.[4] 1944-45-ci ildə Koşeriu Paduya Universitetində çalışırdı. 1945-ci ildən 1949-cu ilə qədər Milan Universitetində işləmişdir.
Bir müddətdən sonra Latın Amerikasında- Uruqvay Respublika Universitetində işləməyə başladı. Sonra yenidən Avropaya qayıtdı və həyatının sonuna qədər Almaniyada yerləşən Tübingen Universitetində professor kimi işlədi.
Koşeriu 7 sentyabr 2002-ci ildə Almaniyanın Tübingen şəhərində vəfat etmişdir.
Yevgeni Koşeriunun adını daşıyırlar:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.