From Wikipedia, the free encyclopedia
Yeməli yosunlar — Yosunlar göbələklər kimi yeyilən və yeyilməyən olur. Yeyilən yosunlar dəniz yosunlarıdır. Şirin su yosunları zəhərli ola bilər. Dəniz otları fibra (liflər), minerallar, mikroelementlər və vitaminlərlə zəngindir (xüsusilə kalsiumla). Tam proteinlidir" , yəni tərkibində insan orqanizmi üçün vacib olan doqquz aminoturşunun adekvat proporsiyası var. Yeyilən yosunları xüsusən onların yodla zənginliyi və sağlam tiroid üçün əhəmiyyətidir. Tiroid metabolizmi və bədən temperaturunu requlyasiya edir. Ona görə yosunlar çəki probleminə də kömək edə bilir. Bundan başqa təbii diuretikdirlər (sidik ifrazını gücləndirirlər). Bəzi yosunlar, məsələn mozuku (yaponca) yosunu, hətta xərçəng müalicəsində istifadə olunur. Rəngləri də təbii ki, variasiya edir və əsasən qırmızı, yaşıl və qəhvəyinin müxtəlif çalarlarında olurlar.[1]
Yeməli yosunlar | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb.
|
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Yeməli yosunlardan Yaponiya, Çin və Koreya kimi Asiya ölkələrində lap qədimlərdən istifadə ediblər. Misal üçün porphyra (porfira) yosununu bu ölkələrdə qurudub mətbəxdə istifadə edirlər. Bu yosunu şorbalara əlavə etmək və ya düyü yeməklərinə qatmaq olar. Yaponlar porphyra yosununun vərəqlərindən suşi bükmək üçün istifadə edirlər. Porfira yosununa nori dedikləri üçün bu vərəqlər da nori kağızları və ya vərəqləri adlanır. Ümumiyyətlə, yapon mətbəxində yosunların xüsusi yeri var və onların yeddi növü müəyyən edilir. Yaponlar hətta yosunları dənizdə xüsusi sahələrdə yetişdirirlər və sonra tozsoranabənzər sovurucu aparatla yığırlar. Amma təbii ki, yosunları belə yetişdirən yeganə ölkə deyillər. Misal üçün Fillipində bəzi yosunlar su sahələrində yetişdirilirlər.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.