Yelizaveta Luzan
Azərbaycan bədii gimnastı / From Wikipedia, the free encyclopedia
Yelizaveta Luzan (14 mart 2003) — Azərbaycanı təmsil edən bədii gimnast,[2] idman ustası, 2018-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür.
Yelizaveta Luzan | ||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() Yelizaveta Luzan 2021-ci ildə | ||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Yelizaveta Luzan | |||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Liza[1] | |||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
![]() |
|||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | (21 yaş) | |||||||||||||||||||||||||||||||||||||
Boyu | 170 sm. | |||||||||||||||||||||||||||||||||||||
İdman növü | Bədii gimnastika | |||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 2018— | |||||||||||||||||||||||||||||||||||||
Məşqçisi | Mariana Vasileva, Siyana Vasileva | |||||||||||||||||||||||||||||||||||||
İdman dərəcəsi | İdman ustası | |||||||||||||||||||||||||||||||||||||
Komandası | Ocaq İdman Klubu | |||||||||||||||||||||||||||||||||||||
Medallar
|
Yelizaveta Luzan Azərbaycanı 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci ildə[lower-alpha 1] baş tutan Olimpiya Oyunlarında təmsil edib.
Yelizaveta Luzan həm də 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva[lower-alpha 2], Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır.
2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi.