From Wikipedia, the free encyclopedia
Yekaterina Georgiyevna Qradova (rus. Екатерина Георгиевна Градова; 6 oktyabr 1946, Moskva – 22 fevral 2021, Moskva) — Sovet teatr və kino aktrisası, RSFSR əməkdar artisti (1983).
Yekaterina Qradova | |
---|---|
rus. Екатерина Градова | |
Doğum adı | Yekaterina Georgiyevna Qradova |
Doğum tarixi | 6 oktyabr 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 22 fevral 2021 (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı |
Andrey Mironov İqor Timofeyev |
Uşaqları |
Mariya Mironova (doğma) Aleksey Suxoverkov (götürülmə) |
Atası | Georgi Aleksandroviç Qradov[1] |
Anası | Raisa İvanovna Qradova[2] |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1969—1992 |
Təhsili | |
İstiqamət |
teatr kino |
Mükafatları |
|
IMDb | ID0333569 |
Yekaterina Georgiyevna Qradova 6 oktyabr 1946-cı ildə Moskvada tanınmış memar, professor, Georgi Qradov (1911–1984)[3]) və Qoqol adına teatrın aktrisası Raisa Qradovanın (1923–2011) ailəsində anadan olub.[4][5] Əvvəlcə Moskva xarici dillər institutunda, ardınca MXAT məktəb-studiyasında təhsil alıb (kurs rəhbəri — Vasili Petroviç Markov[6]). Məşhur aktyor Andrey Mironovla nikahdan sonradan teatr və kino aktrisası kimi tanınacaq qızı Mariya Mironova dünyaya gəlib.
Aktrisa Yekaterina Qradovanın tamaşaçı kütləsi tərəfindən ilk dəfə tanınması 1969-cu ilə təsadüf edir. MXAT məktəb-studiyasının 4-cü kurs tələbəsi olarkən Mayakovski adına Moskva akademik teatrının "İstedadlar və pərəstişkarlar" tamaşasında baş rol olan Aleksandra Negina obrazını ifa edir. Həmin tamaşa rus teatrının ən görkəmli xadimləri tərəfindən səhnəyə qoyulmuşdu: quruluşçu rejissor Mariya Knebel, rəssam Yuri Pimenov, aktyorlar V. Orlova, Q. Kirillov, Vladimir Samoylov, Q. Anisimova, Aleksandr Lazarev, Maksim Ştraux və başqaları.
Aktrisa ən böyük şöhrətini isə 1973-cü ildə "Baharın on yeddi anı" çoxseriyalı bədii televiziya filminin ekranlara çıxmasından sonra qazandı. Qradova həmin filmdə Ket rolunu ifa etmişdi.
Sonrakı illərdə Qradova Satira Teatrının heyətinə qəbul edilmiş və 1987-ci ilə qədər orada çıxış etmişdir. Lakin 1980-ci illərin sonunda aktyorluq peşəsi Yekaterinanı darıxdırmağa başladı. O, həm teatrı, həm də kinonu tərk etdi. Aktrisanın fəaliyyətində son işi rəmzi olaraq, "Sonuncu" adlanan tamaşa olmuşdur.
1990-cı illərin əvvəlində din və Allaha inam barədə düşünməyə başlayır. O, xeyriyyə fondu təsis edir, yetim uşaqlara və kimsəsiz qocalara kömək etməyə başlayır. Bundan başqa Qradova Müqəddəs Tixon ilahiyyat institutunu bitirmiş, gimnaziya və məktəblərdə özünün yaratdığı "Canlı söz" fənnini tədris etməyə başlamışdır. Onun dərsləri İncil və rus klassik ədəbiyyatına əsaslanır. Həmçinin keçmiş aktrisa olaraq, "Müjdəçilər" (rus. Вестники) Ümumrusiya uşaq pravoslav hərəkatında kinoklubda məşğələlər aparır.
İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1967 | Payız toyları | rus. Осенние свадьбы | Marina |
1973 | Baharın on yeddi anı | rus. Семнадцать мгновений весны | Katya Kozlova Ketrin Kin |
1976 | Doğuluş | rus. Рождение | Kseniya |
1979 | Görüş yerini dəyişmək olmaz | rus. Место встречи изменить нельзя | Svetlana Petrovna Volokuşina |
1998 | Yeni əhvalat. Baharın on yeddi anı 25 il sonra | rus. Новейшая история. Семнадцать мгновений весны 25 лет спустя | epizod |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.