From Wikipedia, the free encyclopedia
Yekaterina Levina (1 fevral 1997) — İsraili təmsil edən bədii gimnast. Yekaterina Levina 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Levina həm də I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb.
Yekaterina Levina 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Alona Koşevatskiy, Karina Lixvar və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.