![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/52/%25D0%25A1%25D0%25B5%25D0%25BC%25D1%258C_%25D0%25BE%25D1%2581%25D1%2582%25D1%2580%25D0%25BE%25D0%25B2%25D0%25BE%25D0%25B2.jpg/640px-%25D0%25A1%25D0%25B5%25D0%25BC%25D1%258C_%25D0%25BE%25D1%2581%25D1%2582%25D1%2580%25D0%25BE%25D0%25B2%25D0%25BE%25D0%25B2.jpg&w=640&q=50)
Yeddi adalar
From Wikipedia, the free encyclopedia
Yeddi adalar (rus. Семь островов) — Barens dənizində 7 adadan ibarət olan arxipelaq. Kola yarımadasından bir qədər aralıda, Xarlovka çayının mənsəbinin qarşı tərəfində yerləşir[1]. Əsas qrup 5 adadan ibarətdir. Onlar materikdən Yeddiada Reydi boğazı ilə ayrılır. Bura Xarlovka, Veşyanka, Böyük və Kiçik Zelensov və kuvşina adaları daxildir. Liski adalarına daxil olan 2 ada isə 8 km cənub-şərqdə yerləşir. Birinci qrupa daxil olan adalar əsasən daşlıqlardan ibarətdir. Sahilləri hündür, ərazisi meşəsiz və boşdur. Ən iri adaları Xarlov və Veşnyakdır.
Yeddi adalar | |
---|---|
rus. Семь островов | |
![]() | |
Ümumi məlumatlar | |
Adaların sayı | 7 |
Əhalisi | 0 nəfər (2003-cü il) |
Yerləşməsi | |
68°47′11″ şm. e. 37°25′37″ ş. u. | |
Ölkə |
![]() |
Akvatoriya | |
Belə ehtimal edilir ki, bölgənin köklü əhalisi olan saamilər adaların mövcudluğu barədə hələ XIII—XIV əsrlərdən bilirdilər. 24 avqust 1597-ci ildə adaların yaxınlığından Villem Barensin 3-cü ekspedisiyası keçmişdir. Arxipelaq ərazisi bütünlüklə Kondalaşk qoruğu ərazisinə daxildir[2].
Vaxtı ilə Xarlov adasında Semiostrovnoye qəsəbəsi vardı. 1942 - 2009-cu illərdə burada əlçatmaz hidrometeoloji stansiya fəaliyyət göstərirdi («Xarlov adası»[3]). Bu stansiya 1912-1940-cı illərdə adanın qarşı tərəfində, materikdə yerləşirdi. Hazırda isə fəaliyyətini dayandırmışdır.
Adaların sahillərində qabarmanın hündürlüyü 3,0 metrdir[1].
Burada ən böyük quş koloniyaları kuvşin və Xarlov adalarında müşahidə edilir.