From Wikipedia, the free encyclopedia
Yaponiyada pivə (日本のビール, Nihon no biiru?) ən populyar içkilərdən biridir və 2002-ci ilin məlumatına əsasən sakedən 5 dəfə çox istehlak edilir.[1] Yaponiyada pivə istehsalı ilə məşğul olan əsas şirkətlər Asahi, Kirin, Sapporo və Suntory şirkətləridir.[2] Bu şirkətlər yüngül pivələr istehsal etməyə üstünlük versələr də, bütün mümkün bazarlarda olmaq üçün xüsusi dadlar malik, mövsümi pivələr də istehsal edirlər.[2]
Yaponiyada düyüdən fərqli bitkilərdən spirtli içkilərin alınma tarixi qədim olsa da, arpadan alınan spirtli içkilər ilk dəfə Qərb dünyası tərəfindən tanıdılıb.[1] Yaponiyada ilk pivə zavodu 1870-ci ildə amerikalı Vilyam Koplend tərəfindən qurulmuşdur.[1]
Yaponiyada pivə istehlakının inkişafı hərbi tarixlə sıx əlaqəlidir.[1] XX əsrin birinci yarısında məcburi hərbi xidmət zamanı şəhərətrafından olan bir çox oğlan pivə ilə tanış olmuşdurlar.[1] İkinci dünya müharibəsindən sonra Yaponiyada başlayan işğal dövrü zamanı ABŞ əsgərləri pivəni daha da populyarlaşdırmışdılar.[1] 1960-cı illərdən etibarən isə pivə Yaponiyada dayanmadan populyarlaşan içki olmuşdur.[1] Pivə ABŞ-də aşağı sinif içkisi hesab olunsa da, Yaponiyada orta sinif içkisi kimi tanınır.[1]
Yaponiyada pivə şənlik və təmtəraqlılıq içkisi hesab olunur.[2] Hər qonaq pivə içmə etiketini bilməlidir və bölüşmək bu etikatının ən əhəmiyyətli hissəsidir.[2] Qonaqlıqda pivə içmənin birinci etiketi öz stəkanını doldurmamaqdır.[2] Qonaq başqasının ona pivə süzməsini gözləməlidir.[2] İkinci qayda odur ki, pivə butulkası qonağın qabağına gətirilib pivə təklif olunanda qonaq stəkanını uzatmalıdır.[2] Üçüncü qayda isə ondan ibarətdir ki, pivə süzüləndən sonra təşəkkür əlaməti olaraq qonaq da pivə süzməyi təklif etməlidir.[2] Lakin bu pivə içmə etiketi tez-tez yerinə yetirilmir, çünki pivə əsasən stəkanlarda deyil, butulkalarda içilir.[2]
Yaponiyada çəllək pivəsi əsasən fərdi bakallarla satıldığı üçün bir çox içki yerlərində pivə kranları olmur.[2] Çəllək pivəsi yay içkisi hesab olunduğu üçün pivə kranları ancaq iyul-sentyabr aylarında mövcud olur.[2] Bəzi alış-veriş mərkəzləri yayda damı pivə bağçasına çevirib açıq havada pivə şənliyi keçirirlər.[2] Mövsümi çəllək pivəsinin ümumi qaydalarının istisnası pivə zalıdır.[2] İçki şirkətləri tərəfindən təşkil olunan pivə zalları alman atmosferinə (alman musiqisi, alman yeməyi) malik olur.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.