From Wikipedia, the free encyclopedia
Yaponiyada anomal istilər – 2018-ci ilin yay aylarında Yaponiyanın müxtəlif bölgələrində müşahidə olunan yüksək temperatur böhranı. Temperatur böhranı ölkənin cənub-qərbində bir çox insanı evsiz qoyan daşqınlara səbəb olan ağır yağışlardan sonra yaranmışdır.
İyunun sonundan iyulun ortalarına qədər davam edən daşqınlardan sonra Yaponiyada temperatur kəskin artmışdır. Daşqın və torpaq sürüşmələrinin baş verdiyi Hiroşima, Ehime və Okayama prefekturalarında 145 nəfər gün vurmasında görə xəstəxanaya müraciət edib. Bu zaman havanın temperaturu 35 °C-ni keçib.[1]
23 iyul 2018-ci ildə Yaponiya Meteorologiya Agentliyi Tokionun 65 km şimal-qərbində yerləşən Kumaqaya şəhərində 41,1 °C temperatur qeydə alıb. Bu, ölkə tarixində qeydə alınmış ən yüksək temperaturdur.[2] Kioto şəhərində isə ardıcıl 7 gün boyunca temperatur 38 °C-dən aşağı düşməmişdir. Bu, hava haqqında qeydlərin tutulmağa başlandığı XIX əsrdən bəri ilk haldır.[3]
9 iyul 2018-ci ildən Yaponiyada azı 44 nəfər anomal istilərdən ölüb.[4] Təkcə 21 iyulda 11 nəfər ölüb.[5] 6 yaşlı məktəbli uşağın çöl tədbirində iştirakı zamanı ölümündən sonra Yaponiya Təhsil Nazirliyi məktəblərə xəbərdarlıq edib.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.