From Wikipedia, the free encyclopedia
Yapon işi (türk. Japon İşi) – 1987-ci ildə Kartal Tibetin rejissorluğu ilə çəkilmiş Türkiyə filmi.[2] Komediya janrında olan filmin baş rollarında Kamal Sunal, Fatma Girik, Sümer Tilmaç, Reha Yurdakul və Necdet Yakın çıxış edirlər.[2] Film bir gecə klubunda ofisiant kimi işləyən Veysəldən və yapon dostu tərəfindən göndərilmiş qadın robotdan bəhs edir.[2]
Yapon işi | |
---|---|
türk. Japon İşi | |
| |
Janr | komediya, elmi fantastika |
Rejissor | Kartal Tibet |
Ssenari müəllifi | Ərdoğan Tünaş |
Baş rolda | |
İlk baxış tarixi | 1987 |
Müddət | 89 dəq.[1] |
Ölkə | |
Dil | türk dili |
Rəng | rəngli |
IMDb | ID0252562 |
Veysəl bir gecə klubunda işləyən ofisiantdır. Klubun solisti olan Başak Billursesə aşiqdir. Lakin nə qədər çalışsa da, Başak ona maraq göstərmir. Bir gün Veysəlin kömək etdiyi bir yapon müştəri ona Başaka çox bənzəyən bir robot göndərir. Veysəl "Yapon Başak" adlandırdığı robot ilə birlikdə yaşamağa başlayır.
Başak həbsdə olan və cəzasının bitməsinə çox az qalan mafiya lideri Dəli Dilavərin evlənmə təklifini qəbul etməmək üçün İsveçrəyə qaçır. Gecə klubunun idarəçiləri Veysəlin yanındakı robotu əsl Başak zənn edirlər və qaçırıldığını düşünüb polisə xəbər edirlər. Lakin Yapon Başak öz iradəsi ilə Veysəlin yanında qaldığını bildirir. Klubun sahibi Başakı yenidən səhnəyə çıxarmaq üçün Veysəl ilə müqavilə bağlamağa məcbur olur. Səhnəyə çıxdığını öyrənən Dilavər Yapon Başakı əsl Başak zənn edib qaçırmağa çalışır, lakin Yapon Başak onun adamlarını döyür.
Əsl Başak öz adıyla başqasının səhnəyə çıxdığını öyrənir və Türkiyəyə qayıdır. Saxta Başak məsələsinin Veysəllə əlaqədar olduğunu öyrənir və onu işdən qovdurur. Lakin Dilavərin gələcəyini öyrənən Başak kömək etməsi üçün Veysəlin evinə gedir və Yapon Başakla qarşılaşıb məsələnin əslini öyrənir. Bu zaman Dilavər gəlir və Veysəl əsl Başakı xilas etmək üçün Yapon Başakı ona verir. Veysəlin kədərli olduğunu görən Başak onunla birlikdə Yapon Başakla Dilavərin toyuna gedirlər. Yapon Başak Veysəlin gəldiyini görüb evlənməyə etiraz edir və Dilavəri döyüb bir binanın damına çıxır. Veysəllə Başak onu dayandırmaq istəsə də, Yapon Başak Veysəli sevdiyini deyir və özünü damdan atır.
Filmin çəkilişləri 1987-ci ildə İstanbulun Beşiktaş ilçəsində və Levent səmtində baş tutmuşdur.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.