Yanqıyol
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Yanqıyol (özb. Янгийўл, Yangiyo‘l[1]) — Özbəkistanın Daşkənd vilayəti ərazisində yerləşən şəhər.
Yanqıyol | |
---|---|
Yangiyo‘l | |
41°06′45″ şm. e. 69°02′48″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1937 |
İlk məlumat | 1901 |
Mərkəzin hündürlüyü | 350 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 112001, 112002, 112004, 112007, 112008, 112009 |
Vikianbarda əlaqəli mediafayllar |
1899-cu ildə Daşkənd yaxınlığındakı Kaunç-Tep qəsəbəsi yaxınlığında, Rusiya imperiyasının Türküstan dəmir yolunun Kaufman dəmiryol stansiyası açılır[2].
İnqilabdan sonra kənd Kaunçi adlandırıldı. 1934-cü ildə adı Yanqıyol (Yeni Yol) şəhəri olaraq dəyişdirilir. 2017-ci ildən bəri vilayət tabeli bir şəhər statusuna sahibdir.
Yanqiyol şəhəri M34 və M39 avtomobil yolları arasında, Çirçik çayının sağ sahilində yerləşir. Dəmiryol stansiyası Daşkənddən 28 km cənub-qərbdədir.
2014-cü il məlumatına görə şəhərin əhalisi 82,500 nəfər olmuşdur. Etnik baxımından Yanqıyolda özbəklər, qazaxlar, ruslar, tatarlar, koreyalılar, taciklər və Krım tatarları yaşayır.
Yanqıyoldakı təhsil müəssisələri:
Qida Sənayesi Kolleci,
tibbi məktəb,
Daşkənd Dövlət Texniki Universiteti nəzdindəki Yanqıyol Akademik Liseyi.
Həmçinin şəhərdə elm və istirahət mərkəzləri var:
Navoy adına Mədəniyyət və İstirahət Parkı,
Ən yüksək ixtisaslı mütəxəssislərin çalışdığı ən böyük sağlamlıq kompleksi "Ürək-Nevroloji Sanatoriyası".
Bu günə qədər Yanqiyulda 18 məktəb fəaliyyət göstərir ki, onlardan 1-i ixtisaslaşmışdır.
Şəhərin ən məşhur küçələri: A. Artıkova, Bruni, Melniçnaya, Niyazbaş, Səmərqənd, Daşkənd, Furkat və Yeni-Xayat.
Şəhər əsasən birmərtəbəli həyət evlərindən ibarətdir. Şəhərin yeni məhəllələrində 4 mərtəbəli və 5 mərtəbəli evlər tikilir.
Jamal Ömərova - qazax müğənnisi, qazax xalq mahnılarının və SSRİ xalqlarının mahnılarının ifaçısı, Qazaxıstan SSR-nın xalq artisti (1943), Lenin, Qırmızı Əmək Bayrağı və Şərəf nişanı ordenlərinin sahibi[3].
İosif Kobzon (1937–2018) - Sovet və rus pop müğənnisi (bariton), musiqiçi, ictimai xadim, müəllim. Rusiya Federasiyasının II - VII çağırış Dövlət Dumasının üzvü. Dövlət Dumasının Mədəniyyət Komitəsi sədrinin birinci müavini (2011-ci ildən). Müharibədən əvvəl Kobzon ailəsi Lvova köçür. Müharibə zamanı ailə Özbəkistana evakuasiya edilir. Getdikləri yerlərin son ünvanı Yanqıyol şəhəri olur.
Oleq Varlakov (1972-1996) - polis baş leytenantı, Birinci Çeçenistan müharibəsinin iştirakçısı, Rusiya Federasiyasının Qəhrəmanı (1996). 25 iyun 1972-ci ildə Özbəkistan SSR Daşkənd vilayətinin Yanqıyol şəhərində anadan olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.