Yana körfəzi
From Wikipedia, the free encyclopedia
Yana körfəzi — Laptevlər dənizinə daxil olan körfəz. İnzibati cətətdən Rusiyanın Saxa Respublikası ərazisinə daxildir. Öz adını əraziyə axan Yana çayının götürmüşdür. Qərbdə Buor-Xaya burnu, şərqdə isə Ebelyax körfəzi ilə əhatələnir.
Cəld faktlar Ümumi məlumatlar, Tip ...
Yana körfəzi | |
---|---|
rus. Янский залив | |
Ümumi məlumatlar | |
Tip | körfəz |
Yerləşməsi | |
72°01′00″ şm. e. 136°49′00″ ş. u. | |
Ölkələr | |
Akvatoriyası | |
Bağla
Yana çayının mənsəbində böyük delta əmələ gəlir (10 200 km²). İlin 9 ayı körfəz buzla örtülü olur. Qərb sahilləri yüksəkdir. Cənub və şərq sahilləri isə hamardır. Körfəz iyunun sonlarına kimi üzən buzlarla örtülür. Körfəzdə çoxlu sayda ada vardır: Yarok, Makar və Şelonski adaları. Ən böyüyü Yarok adasıdır. Yana çayından başqa bura Çeneden, Tomski-Yuryaqe və s. çaylar tökülür.
1976-cı ildə körfəzdə baş vermiş fırtına zamanı iki tanker və bir quru yük teploxodu batmışdır.[1]. Nəticədə 8 nəfər həlak olmuşdur.