From Wikipedia, the free encyclopedia
Yan Vermeer (1632–1675) holland incəsənətinin Qızıl Dövr rəssamlarından biridir. Onun əsərlərinin əksəriyyəti dünyanın aparıcı muzeylərində saxlanılır. Vermeer karyerasına 1650-ci illərin əvvəllərində irimiqyaslı Bibliya və mifoloji səhnələr çəkərək başlamış, lakin sonrakı rəsmlərinin əksəriyyətində gündəlik həyatdan səhnələr təsvir edilmişdir. Rəssam həm də şəhər mənzərələri və alleqorik səhnələr çəkmişdir[2].
Onun populyarlığı onun mövzusundan daha çox mövzularını poetik şəkildə təsvir etməsindən və çox çətin bir həyat sürməsindən qaynaqlanır. Vermeerin 1660-cı illərdəki rəsmləri, ümumiyyətlə, 1670-ci illərdəki əsərlərindən daha populyardır: bəzilərinin nəzərində onun sonrakı işləri daha soyuqdur[3].
Onun əsərinin ilk tədqiqatçısı fransız jurnalisti və sənətşünası Teofil Torre-Bürger olub. 1850-ci illərdə o, 74 rəsm əsərini Yan Vermeerə aid etmişdir[4], lakin Torre-Burger bu rəsmlərin bir çoxunda yanılmışdır. Çünki o dövrdə holland rəssamlığı hələ sistemli şəkildə öyrənilməmişdi və orijinallığı müəyyən etmək üçün analitik üsul və üsullar az idi[5].
Bu gün 35 rəsm ona aid edilir, ikisi üzərində isə sual işarələri var[6][7][8]. Vermeerin rəsmlərinin müəllifliyinin tədqiqi və təsdiqi Hollandiyanın İncəsənət Tarixi İnstitutunun işi sayəsində mümkün olub. Bu təşkilat həm muzeylər, həm də akademiya və ictimaiyyət üçün beynəlxalq kontekstdə Hollandiya incəsənətinə dair tədqiqat nəticələrinə və məlumatlara dünya miqyasında çıxışı təmin edir[9].
Rəssamın ölümündən sonra onun adı iki əsr ərzində unudulub. 1860-cı ildə alman sənətşünası Qustav Fridrix Vaagen "Rəsm alleqoriyası" tablosunu Vermeerin əsəri adlandırdı və 1866-cı ildə fransız sənətşünası Teofil Torre-Bürger rəssamın əsərlərinin kataloqunu nəşr etdirdi və yayımladı. Kataloq beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi və ustadın rəsmləri Avropa və ABŞ-da kolleksiyaçılar tərəfindən alınmağa başladı və dövlət kolleksiyalarında toplandı. Bundan sonra Yan Vermeer Rembrandt və Frans Hals ilə birlikdə Hollandiya rəssamlığının Qızıl Dövrünün titanı kimi tanındı. Rəssamın, demək olar ki, heç bir əsərinin dəqiq ərsəyə gətirilmə tarixi yoxdur, ona görə də yalnız təqribi illər müəyyən edilə bilir.
Aşağıdakı rəsmlərinin siyahısı rəssamın evləndiyi və Müqəddəs Luka Gildiyasına daxil olduğu 1653-cü ildən 1675-ci ildə ölümünə qədər olan dövrü əhatə edir. Siyahıda şübhəsiz və şübhəli atribusiyaları olan, eləcə də bir müddət Vermeerə aid edilən rəsmlər haqqında məlumatlar var. Əsərlər xronoloji ardıcıllıqla paylanır. Vermeerin bir çox rəsmləri müxtəlif adlarla tanınır və alternativ adlar da aşağıda qeyd olunmuşdur. Yaradılma illəri əsərlərin əksəriyyəti üçün yalnız təxminlərdir və mənbələr çox vaxt fərqli, lakin bir-birinə yaxın təxminlər verir.
Siyahını tərtib etmək üçün əsas mənbə 2017-ci ildə Karl Schütz tərəfindən nəşr olunmuş Vermeerin 37 rəsmindən ibarət "Tam əsərlər" kataloqudur[10].
№ | Şəkil | Azərbaycanca adı | Original adı | Haqqında | İl | Ölçü | Yer | İstinad | Qeyd |
---|---|---|---|---|---|---|---|---|---|
1 | Marta və Məryəm Evində Məsih | Christus in het huis van Martha en Maria | 1654–1655 və ya 1654–1656 və ya 1655 | Kətan üzərində yağlı boyalarla, 160 × 142 sm | Şotlandiya Milli Qalereyası,Edinburq | [11][12][13][14][15] | |||
2 | Müqəddəs Prakseda | De heilige Praxedis | Məxfi kolleksiyaya daxildir. | 1655 | Kətan üzərində yağlı boyalarla, 101,6 × 82.6 sm | Tokioda Milli Qərb Sənətləri Muzeyində icarədədir. | [16][17][18] | ||
3 | Diana və onun yoldaşları | Diana en haar Nimfen | Əvvəllər rəsmin müəllifinin Nikolay Mas olduğu düşünülürdü, lakin 2020-ci ildən əsərin Yan Vermeerə aid olduğu hesab edilir. | 1655–1656 və ya 1653–1654 |
Kətan üzərində yağlı boyalarla, 98,5 × 105 sm | Mavritşeys, Haaqa | [12][13][19][20][21] | ||
4 | Prokuror | De koppelaarster | 1656 | Kətan üzərində yağlı boyalarla, 143 × 130 sm | Köhnə Ustaların Qalereyası, Drezden | [22][23] | |||
5 | Yatmış qız
(Yatmış qulluqçu kimi də tanınır.) |
Een slapende dienstmeid | 1656–1657 və ya 1957 | Kətan üzərində yağlı boyalarla, 87,6 × 76.5 sm | Metropoliten muzeyi, Nyu-York | [12][13][24][25] | |||
6 | Açıq pəncərədə məktub oxuyan qız (Açıq pəncərədə məktub oxuyan gənc qadın kimi də tanınır.) |
Meisje leest een brief bij een raam | 1657 və ya 1657–1659 | Kətan üzərində yağlı boyalarla, 83 × 64.5 sm | Köhnə Ustaların Qalereyası, Drezden | [12][26][27][28] | |||
7 | Kiçik küçə | Het straatje | 1657–1658 və ya 1658 və ya 1658–1660 | Kətan üzərində yağlı boyalarla, 54,3 × 44 sm | Reyksmüzyem, Amsterdam | [12][13][29][30] | |||
8 | Gülən qızla məmur (Məmur və gülən qız kimi də tanınır.) |
Soldaat met lachend meisje | 1657 | Kətan üzərində yağlı boyalarla, 50,5 × 46 sm | Frik Kolleksiyası, Nyu-York | [12][31][32] | |||
9 | Südçü | De Melkmeid və ya Het Melkmeisje | 1658 və ya 1657–1658 | Kətan üzərində yağlı boyalarla, 45,5 × 41 sm | Rijksmuseum, Amsterdam | [12][13][33] | |||
10 | Şərab şüşəsi | Het glas wijn | 1658–1660 və ya 1658–1659 | Kətan üzərində yağlı boyalarla, 39,4 × 44.5 sm | Berlin şəkil qalereyası, Berlin | [13][34][35] | |||
11 | Şərab şüşəsi ilə qız | Dame en twee heren | 1659 | Kətan üzərində yağlı boyalarla, 78 × 67.5 sm | Hersoq Anton Ulrix muzeyi, Braunşveyq | [36][37] | |||
12 | Delft mənzərəsi | Gezicht op Delft | 1659–1660 | Kətan üzərində yağlı boyalarla, 98,5 × 117.5 sm | Mavritşeys, Haaqa | [38][39][40] | |||
13 | Qız öz musiqisini kəsdi | Onderbreking van de muziek | 1660–1661 və ya 1658–1659 | Kətan üzərində yağlı boyalarla, 39,4 × 44.5 sm | Frik Kolleksiyası, Nyu-York | [12][41][42] | |||
14 | Məktub oxuyan qadın | Brieflezende vrouw | 1663–1664 və ya 1657–1659 | Kətan üzərində yağlı boyalarla, 46,6 × 39.1 sm | Reyksmüzyem, Amsterdam | [12][43][44] | |||
15 | Musiqi dərsi (Cənab ilə vercinal arxasındakı qadın kimi də tanınır.) |
Vrouw gezeten aan een virginaal, met een man | 1662–1665 | Kətan üzərində yağlı boyalarla, 73,3 × 64.5 sm | Kral Kolleksiyası, Bukinqem sarayı, İngiltərə | [45][46] | |||
16 | Lüte ilə qadın | Vrouw met een luit | 1663–1664 və ya 1662–1663 | Kətan üzərində yağlı boyalarla, 51,4 × 45.7 sm | Metropoliten muzeyi, Nyu-York | [13][47][48] | |||
17 | Mirvari boyunbağılı qadın | Vrouw met een parelsnoer | 1662–1664 | Kətan üzərində yağlı boyalarla, 55 × 45 sm | Berlin şəkil qalereyası, Berlin | [49][50] | |||
18 | Su çəni ilə qadın | Jonge vrouw met een waterkan | 1660–1662 və ya 1662 | Kətan üzərində yağlı boyalarla, 45,7 × 40.6 sm | Metropoliten muzeyi, Nyu-York | [13][51][52] | |||
19 | Balans tutan qadın
(Balanslı qadın kimi də tanınır.) |
Vrouw met een weegschaal | 1662–1663 və ya 1663–1664 | Kətan üzərində yağlı boyalarla, 42,5 × 38 sm | Milli Sənət Qalereyası, Vaşinqton | [13][53][54] | |||
20 | Məktub yazan xanım | Schrijvende jonge vrouw | 1665–1666 | Kətan üzərində yağlı boyalarla, 45 × 40 sm | Milli Sənət Qalereyası, Vaşinqton | [55][56] | |||
21 | Mirvari sırğalı qız
(Mirvari tanalı qız kimi də tanınır.) |
Meisje met de parel | 1665 | Kətan üzərində yağlı boyalarla, 46,5 × 40 sm | Mavritşeys, Haaqa | [57][58] | |||
22 | Konsert | Schrijvende jonge vrouw | 18 mart 1990-cı ildə rəsm oğurlandı.
2020-ci ildən etibarən FTB-nin axtarışındadır. |
1665–1666 | Kətan üzərində yağlı boyalarla, 72,5 × 64.7 sm | 1990-cı ildə Bostonda İzabella Stüart Qardner muzeyindən oğurlandıqdan sonra tapılmamışdır.[59] | [60][61][62] | ||
23 | Gənc qadının portreti | Tronie van een jonge vrouw | 1666–1667 və ya 1665–1667 | Kətan üzərində yağlı boyalarla, 44,5 × 40 sm | Metropoliten muzeyi, Nyu-York | [13][63][64] | |||
24 | Rəsm alleqoriyası (Rəsm sənəti kimi də tanınır.) |
Allegorie op de schilderkunst | 1666–1667 və ya 1666–1668 | Kətan üzərində yağlı boyalarla, 100 × 120 sm | İncəsənət Tarixi Muzeyi, Vyana | [13][65][66] | |||
25 | Xanım və qulluqçu (Məktub tutmuş qulluqçusu ilə xanım kimi də tanınır.) |
Vrouw en dienstmeid | 1667–1668 | Kətan üzərində yağlı boyalarla, 90,2 × 78.7 sm | Frik Kolleksiyası, Nyu-York | [67][68] | |||
26 | Astronom | De astronoom | 1668 | Kətan üzərində yağlı boyalarla, 50,8 × 46.3 sm | Luvr, Paris | [69][70] | |||
27 | Coğrafiyaşünas | De geograaf | 1668–1669 | Kətan üzərində yağlı boyalarla, 53 × 46.6 sm | Şdetelev incəsənət institutu, Frankfurt-Mayn | [71][72] | |||
28 | Dantel ustası | De kantwerkster | 1669–1670 | Kətan üzərində yağlı boyalarla, 24,5 × 21 sm | Luvr, Paris | [73][74] | |||
29 | Sevgi məktubu | De liefdesbrief | 1669–1670 | Kətan üzərində yağlı boyalarla, 44 × 38.5 sm | Reyksmüzyem, Amsterdam | [75][76] | |||
30 | Qulluqçu ilə məktub yazan xanım | Schrijvende vrouw met een dienstmeid | 1670 | Kətan üzərində yağlı boyalarla, 71,1 × 58.4 sm | İrlandiya Milli Qalereyası, Dublin | [77][78] | |||
31 | Vercinal arxasında əyləşmiş gənc qadın | Jonge vrouw aan een virginaal | 1670–1672 | Kətan üzərində yağlı boyalarla, 25,2 × 20 sm | Leyden Kolleksiyası, Birləşmiş Ştatlar | [16][79][80] | |||
32 | İnam alleqoriyası | Allegorie op het katholieke geloof | 1671–1674 və ya 1670–1672 | Kətan üzərində yağlı boyalarla, 114,3 × 88.9 sm | Metropoliten muzeyi, Nyu-York | [13][81][82] | |||
33 | Gitaraçı | Jonge gitaarspelende vrouw | 1672 | Kətan üzərində yağlı boyalarla, 53 × 46.3 sm | Kenvud Haus, London | [83][84] | |||
34 | Vercinal arxasında dayanmış xanım
(Vercinal arxasında dayanmış gənc qadın kimi də tanınır.) |
Jonge vrouw staande bij een virginaal | 1673–1675 və ya 1670–1672 | Kətan üzərində yağlı boyalarla, 51,7 × 45.2 sm | London Milli Qalereyası, London | [13][85][86] | |||
35 | Vercinal arxasında əyləşmiş xanım
(Vercinal arxasında əyləşmiş gənc qadın kimi də tanınır.) |
Jonge vrouw aan een virginaal | 1673–1675 və ya 1670–1672 | Kətan üzərində yağlı boyalarla, 51,5 × 45.5 sm | London Milli Qalereyası, London | [13][87][88] |
№ | Şəkil | Ad | Original adı | İl | Ölçü | Yer | İstinad |
---|---|---|---|---|---|---|---|
1 | Qırmızı papaqlı qız | Meisje met een rode hoed | 1668 və ya 1665–1667 | Panel üzərində yağlı boyalarla, 22,8 × 18 sm | Milli Sənət Qalereyası, Vaşinqton | [13][89][90] | |
2 | Qız fleyta ilə | Meisje met een fluit | 1665–1670 | Panel üzərində yağlı boyalarla, 20 × 17.8 sm | Milli Sənət Qalereyası, Vaşinqton | [16][91][92] |
№ | Şəkil | Ad | Original adı | Haqqında | İl | Ölçü | Yer | İstinad |
---|---|---|---|---|---|---|---|---|
1 | İnteryerdə içki içən, mahnı oxuyan şən insanlar | Vrolijk drinkend, zingen en musicerend gezelschap in een interieur | Rəsm əvvəllər Antoni Palamedes, Piter Kod və ya Yan Vermeerin işi hesab olunurdu,
lakin 2020-ci ildən əsər Piter Yansz Kvasta aid edilir. |
1600-cü illərin ikinci yarısı (1635–1669) | 37.5 × 49.5 sm | Metropoliten muzeyi, Nyu-York | [93] | |
2 | Dizlərində meyvələr olan gənc qadın ərinə baxır | Jonge vrouw met vruchten op haar schoot kijkt op naar een man | Rəsmin müəllifinin əvvəllər Simon De Vos və ya Yan Vermeer olduğu düşünülürdü, lakin 1972-ci ildən əsər Yan Kossiersə aid edilir. | 1640–1649 | 166 × 144 sm | Koller qalereyası, Sürix | [94] | |
3 | Dəhlizdən otağa görünüş | Gezicht vanuit een gang in een kamer | Rəsm uzun müddət Piter de Hox və ya Yan Vermeerin əsəri hesab olunurdu,
lakin 1955-ci ildən onun müəllifi Samuel van Hoqstraten hesab olunur. |
1642–1678 | 103 × 70 sm | Luvr, Paris | [95] |
Tarixi sənədlərdə Yan Vermeerin bir sıra digər rəsmlərinin ya məhv edildiyi, ya itirildiyi, ya da səhvən digər rəssamların əsərləri kimi qələmə verildiyi göstərilir.[96] Vermeerin itirilmiş həmin əsərlərinin siyahısında bunlar ola bilər:
Yan Vermeerin rəsmləri səkkiz ölkənin muzeylərindədir:
Ustadın ən çox rəsm əsəri ABŞ muzey kolleksiyalarında cəmlənib: 5 əsər Metropolitan İncəsənət Muzeyində, 4 əsər Vaşinqton Milli İncəsənət Qalereyasında, 3 əsər Nyu-Yorkdakı Frik Kolleksiyasında saxlanılır, bir əsər isə Bostonda İzabella Stüart Qardner muzeyinin kolleksiyasına aid idi (Rəsm 1990-cı ildə oğurlanıb və hələ də tapılmayıb.) və biri şəxsi kolleksiyadadır (cəmi 14 əsər).
Rəssamın vətəni Niderlandda onun rəsmləri Reyksmüzyem (4 əsər) və Mavritşeys Kral Qalereyasının (3 əsər) kolleksiyasına daxildir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.