From Wikipedia, the free encyclopedia
Yalçın Mustafa oğlu Əlizadə (17 yanvar 1940, Kirovabad – 2 dekabr 2023) 1999–2012-ci illər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist, professor.[1]
Yalçın Əlizadə | |
---|---|
Yalçın Mustafa oğlu Əlizadə | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (83 yaşında) |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | jurnalistika |
İş yeri | |
Təhsili | |
Mükafatları |
|
Yalçın Əlizadə 1940-cı ilin yanvarın 17-də Gəncədə anadan olmuşdur. 1957-ci ildə Bakıdakı 132 nömrəli orta məktəbi bitirmiş, sənədlərini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə vermişdir.[2] 1962-ci ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmış, 1971-ci ildə isə müəllimi Şirməmməd Hüseynovun dəvəti ilə fakültədə müəllimlik fəaliyyətinə başlamışdır.
Yalçın Əlizadə 2023-cü ilin dekabrın 2 -də 83 yaşında vəfat edib.[3] "Yasamal" qəbiristanlığında dəfn olunub.[4]
Ailəlidir, iki övladı, dörd nəvəsi var.
"Azərbaycanda radio-jurnalistikanın təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək bu sahənin ən yaxşı tədqiqatçılarından sayılmış, həmçinin radio-jurnalistikanın nəzəri əsaslarını fundamental sürətdə araşdıran ilk alimlərdən biri olmuşdur. Yalçın Əlizadə televiziya və radio-jurnalistikanın aktual problemlərinə dair yüzə yaxın elmi məqalənin, iki dərsliyin, üç sənədli publisist kitabın müəllifidir.
Yalçın Əlizadə 1974–1981-ci illərdə BDU, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 1979–1989-cu illərdə Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. 1982–1999-cu illərdə Moskva Dövlət Universiteti jurnalistika fakültəsindəki televiziya və radio jurnalistikası kafedrasının müdiri, "dünya şöhrətli TV, radio nəzəriyyəçisi" (Y. Boretski) Ənvər Bağırovun Azərbaycan təmsilçisi oldmuşdur. 1999–2012-ci illərdə Yalçın müəllim fakültənin dekanı vəzifəsində çalışmışdır.
Yalçın müəllimin təşəbbüsü ilə "Azərbaycan" nəşriyyatında "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası"nın filialı, fakültədə Jurnalistika Araşdırma Mərkəzi yaradılmışdır. Respublika mətbuatında müntəzəm çıxış edən peşəkar jurnalist, tədqiqatla daim məşğul olan, səmərəli araşdırmalar aparan alim Yalçın Əlizadə həmçinin fakültə Elmi Şurasının sədri, universitet Elmi Şurasının üzvüdür.[1]
Professor Şirməmməd Hüseynov:[6]
Yalçın Əlizadəni bir dekan kimi belə xarakterizə etdi: Yalçın ləyaqət sahibidir, mənim ümidlərimi doğrultmuş alim və müəllimdir, dekanlığa yaraşan şəxsiyyətdir. |
1989-cu ildə əməkdar jurnalist fəxri adına layiq görülən Yalçın Əlizadə 1966-cı ildə "Qızıl qələm" mükafatı laureatıdır. Heydər Əliyevin sərəncamı ilə 2000-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür.[7]
2019-cu ildə Əlizadə Yalçın Mustafa oğlu Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.