![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a3/Crustacea_diversity.jpg/640px-Crustacea_diversity.jpg&w=640&q=50)
Xərçəngkimilər
From Wikipedia, the free encyclopedia
Xərçəngkimilər (lat. Crustacea) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan yarımtipi.
Xərçəngkimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tactopoda Tip: Klad: Pancrustacea Yarımtip: Xərçəngkimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Qəlsəməayaqlı xərçənkkimilər, sefalokaridlər, Çənəayaqlılar, çanaqlı xərçənglər, ali xərçənglər, daraqayaqlılar sinifləri var. 20 minədək növü var. Azərbaycan sularında xərçəngkimilərin 43 fəsiləyə mənsub 134 cinsi və 344 növü məlumdur. Bədəni 1 mm-dən 80 sm-dək uzunluğunda olur. Baş, döş və qarıncıqdan ibarətdir. Xitin kutikula ilə örtülüdür. Başında 2 cüt bığcığı, üst çənələri (üyüdücü çənələr) və 2 cüt alt çənəsi (maksillalar) var. Bığçıqlar hiss orqanı, bəzən də hərəkət orqanlarıdır. Ayrıcinsiyyətlidir, lakin oturaq həyat keçirən xərçəngkimilər hermafroditdirlər. Bəzi xərçəngkimilərin yumurtasından formalaşmış xərçəng çıxır. Xərçəngkimilər dənizlərdə yaşayır, planktonun əsas hissəsini təşkil edir. Bir çox növləri quruda yaşamağa uyğunlaşmışdır. Plankton xərçəngkimilərinin əksəriyyəti bakteriyalarla, digərləri detritlə, su hövzəsi dibində yaşayanlar üzvi maddə hissəcikləri, bitki və heyvanlarla, yanüzənlər heyvan cəsədləri ilə qidalanır və su hövzəsinin təmizlənməsinə səbəb olur.
Xərçəngkimilərin mənşəyi aydın deyildir. Bir fərziyyəyə görə xərçəngkimilər qədim nəsli kəsilmiş buğumayaqlılardan, digər fərziyyəyə görə həlqəvi qurdlardan əmələ gəlmişlər. Qazıntı halında Kembridən başlayaraq məlumdur. Onayaqlı xərçəngkimilər insanların qidası olub ov obyektidir. Bir qismi bəzi vətəgə balıqlarının qidasıdır. Parazit kürəkayaqlılar balıqlara böyük zərər verirlər. Digər növləri dənizdə taxta qurğuların dağılmasına səbəb olurlar. Bəziləri parazit qurdların aralıq sahibləridirlər.