Vyetnam Kommunist Partiyası
From Wikipedia, the free encyclopedia
Vyetnam Kommunist Partiyası (VKP; vyet. Đảng Cộng sản Việt Nam, danq konq şan vyet nam) — Vyetnamda hakim və yeganə qanuni siyasi partiya. VKP Fransa Kommunist Partiyasının qolu olaraq 3 fevral 1930-cu ildə Honkonqda yaradılmış, 1930-cu ilin oktyabrından 1945-ci ilə qədər "Hind-Çin Kommunist Partiyası" (HÇKP; vyet. Đông Dương Cộng sản Đảng) adlanmış, 1945–1951-ci illərdə rəsmi olaraq ləğv edilmiş, 1951-ci ildən 1976-cı ildə "Vyetnam Fəhlə Partiyası" (VFP) adlandırılmışdır. Partiya kommunist ideologiyası üzərində dayanır və üzvü olduğu Vyetnam Vətən Cəbhəsi tərəfindən dəstəklənir. Vyetnam cəmiyyətində "Partiya" (vyet. Đảng, danq) və ya "Partiyamız" (vyet. Đảng ta, danq ta) kimi də tanınır.
Cəld faktlar Qurucu, Baş katib ...
Vyetnam Kommunist Partiyası | |
---|---|
Qurucu | |
Baş katib | Çıonq Tin, Çıonq Tin, Ho Şi Min, Le Zuan, Çıonq Tin |
Quruluş tarixi | 3 fevral 1930 |
İdeologiya | marksizm-leninizm[1] |
İdeoloji spektr | solçuluq |
Saytı | dangcongsan.vn |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla