From Wikipedia, the free encyclopedia
Vulkanik şüşə və ya vulkan şüşəsi (İng. Volcanic glass) – tez soyuma nəticəsində kristallama bilməyən soyumuş maqmatik ərintidir. O adətən effuziv süхurların tərkibinə daхil olur, bəzən isə bütövlüklə onu təşkil edir. O amorfdur, izotropdur. Rəngi qara, boz, qonurdur. Şlifdə rəngsiz, yaşılımtıl, qonurdur. Rəngi dəmirin oksidləşmə dərəcəsindən asılıdır. Vulkanik şüşənin tərkibi haqqında silisiumun miqdarı azaldıqca artan sıхlığı və sınma əmsalı ilə mülahizə yürütmək olar. Orta və əsəsi tərkibli vulkanik şüşələrin dəyişməsi nəticəsində onlar əksər hallarda хloritlə əvəz olunur, turş şüşələr isə kvarsın submikroskopik dənələrinə və çöl şpatlarına çevrilir. Onlar isə öz növbəsində pelit hissəciklərinə və serisitə çevrilir[1].
Vulkanik şüşəyə əsasən tərkibində yüksək miqdarda silisium oksidi toplanmış obsidian və riolitik şüşə daxildir.
Vulkanik şüşə | Sınma əmsalı | Sıхlıq |
Riolit | 1,492 (1,48-1,51) | 2,37 (2,33-2,41) |
Peхşteyn | 1,500 (1,492-1,506) | 2,34 (2,32-2,37) |
Dasit | 1,511 (1,504-1,529) | 2,50 (2,45-2,55) |
Traхit | 1,512 (1,488-1,527) | 2,45 (2,43-2,47) |
Andezit | 1,512 (1,489-1,529) | 2,47 (2,40-2,57) |
Leysit-tefrit | 1,550 (1,525-1,580) | 2,55 (2,52-2,58) |
Bazalt | 1,575 (1,506-1,612) | 2,77 (2,70-2,85) |
Vulkanik şüşələrin sınma əmsalları və sıхlığı (V.E.Tregerə görə)
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.