Vrelo mağarası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Vrelo (mak. Врело) — Skopye yaxınlığında iki mağara sistemi. Mağaranın bir hissəsi su altında yerləşir. Dərinliyi 230 metr olan bu mağara Balkanlarda ən dərin sualtı mağara, Avropada isə ikinci dərin mağara hesab olunur. Mağaranın dərinliyi tam tədqiq olunmayıb. Vrelo Avropada və dünyada ən dərin sualtı mağaralardan biri hesab olunur[1][2].
Vrelo | |
---|---|
mak. Врело | |
Ümumi məlumatlar | |
Dərinliyi | 230 m |
Yerləşməsi | |
41°56′02″ şm. e. 21°17′00″ ş. u.HGYO | |
Ölkə | Şimali Makedoniya |
Region | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sualtı Vrelo mağarası Matka kanyonunda, Treska çayının sağ sahilində yerləşir. Mağara - iki fərqli mağaralar sistemindən ibarətdir. Yuxarıda yerləşən mağara Vrelo, sualtında qalan mağara isə Podvrelo adlanır. İkinci mağarada göl yerləşir. Mağara daxilində çoxlu stalaktit və stalaqmitlər mövcuddur. Bunlardan daha çox diqqət çəkəni "əkiz sütunlar"dır. Onların uzunluğu 6 metrə çatır və kristallik rəngə malikdir.
Mağaranın dərinliyində iki göl var, kiçik və böyük göl. Kiçik göl səkkiz rəqəm formasındadır. Onun ən enli yeri 8 metr, dərinliyi isə 15 metrdir. Böyük gölün uzunluğu 35 metr, eni 15 metr və dərinliyi 18-18 metrdir. Gölün dibində olan stalaktitlər onu deməyə əsas verir ki, mağarada əvvələr su olmamış. Mağarada su 1936-cı ildə Matka su anbarının tikintisindən sonra meydana gəlmiş.
Mağara daxilində «konsert zalı» və «yazılı daşlar» adlı ərazilər var.[3] Daş üzərində ki, işarələr sistemi ola bilsin ki, yazı formasıdır. Bu işarələrin araşdırılmasına böyük ehtiyac var..[4].
Mağaraya turistlərin səfəri xüsusi qayıqlarla həyata keçirilir. Səyahət 20 dəqiqə çəkir. Qayıqlar xüsusi platformada dayanır və sonra pilləkənlərlə mağaranın girişinə qalxırlar. Mağaranın girişində «konsert zalı», solda isə «yazılı daşlar» zalı yerləşir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.