Vladimir Bukovski
Yazıçı, siyasi və ictimai xadim, SSRİ-də dissident hərəkatının banilərindən biri / From Wikipedia, the free encyclopedia
Vladimir Konstantinoviç Bukovski (30 dekabr 1942[1][2], Bələbəy, Başqırd MSSR – 27 oktyabr 2019[3][2], Kembric[4]) — sovet və rus hüquq müdafiəçisi, yazıçı, publisist və ictimai xadim[7]. SSRİ-də disedent hərəkatının fəal yaradıcılarından və iştirakçılarından biri[7].
Vladimir Konstantinoviç Bukovski | |
---|---|
rus. Владимир Константинович Буковский rus. Владимир Буковский | |
Şəxsi məlumatlar | |
Doğum adı | Владимир Константинович Буковский |
Doğum tarixi | 30 dekabr 1942(1942-12-30)[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 27 oktyabr 2019(2019-10-27)[3][2] (76 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması[d][5] |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ Birləşmiş Krallıq (с 1976) Rusiya (1992—2014) |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, insan hüquqları fəalı, siyasətçi, dissident |
Atası | Bukovski Konstantin İvanoviç |
Elmi fəaliyyəti | |
Elm sahəsi | yazıçı, universitet müəllimi[d], Neyrofiziologiya[6], aktivizm[6], İnsan hüquqları[6] |
Elmi dərəcəsi | |
vladimirbukovsky.com | |
Vikianbarda əlaqəli mediafayllar |
SSRİ-də disedentlərə qarşı cəza kimi psixiatriya təcrübəsini ictimailəşdirməsi onu Qərbdə tanıtmışdı[8]. Ümumilikdə həyatının 12 ilini həbsxanalarda və məcburi müalicədə keçirmişdir. 1976-cı ildə Sovet hakimiyyəti Bukovskini Çili kommunistlərinin lideri Luis Corvalana dəyişdirdi. Bundan sonra Bukovski Kembricə köçdü.
Bir neçə kitabın, o cümlədən "Geri qayıdan külək", "Rus səyyahın məktubları", "Bir qala qurmaq" və bir çox məqalə ilə oçerklərin müəllifidir[7]. 2008-ci il prezident seçkilərində iştirak etmək istəsə də, namizədliyi qeydə alınmamışdır. 2008-ci ildə "Həmrəylik" siyasi hərəkatının yaradılmasında iştirak etmişdir. 2014-cü ildə Rusiya Xarici İşlər Nazirliyi Bukovskinin Rusiya vətəndaşlığı verilməsinə rədd cavabı vermişdir[9].