From Wikipedia, the free encyclopedia
Virtual kamera sistemi — üçölçülü videooyunlarda kameranı idarə etmək və ya üçölçülü bir virtual dünyanı nümayiş etdirmək üçün istifadə edilən sistem. Kamera sistemlərindən adətən üçüncü-şəxsdən baxışın lazımi olduğu üçölçülü virtual dünyalarda istifadə olunur.
Filmmeykerlərin əksinə, virtual kamera sisteminin yaradıcıları interaktiv və təxmin edilə bilməyən bir dünya üzərində iş aparmalı olurlar. Oyunçu personajın növbəti bir neçə saniyədə harada olacağına bilmək mümkün deyil. Buna görə də, filmeykerlərin etdiyi kimi planları öncədən seçmək olmur. Bu problemi aradan qaldırmaq üçün sistem müəyyən qaydalara və ya süni intellektə arxalanır.
Kamera sisteminin əsasən üç tipi olur. Sabit kamera sistemlərində kamera heç bir şəkildə tərpənmir və sistem oyunçu personajı sabit planlarla nümayiş edir. Bunun əksinə, izləyici kamera sistemləri personajın hərəkətlərini izləyir. Son olaraq, interaktiv kamera sistemləri oyunçunun birbaşa görünüşü dəyişdirməsinə imkan vermək üçün qismən avtomatlaşdırılır. Kamera sistemlərini quraşdıqmaq üçün videooyun istehsalçıları süni intellekt skriptləri və muxtar agentlər kimi texnikalardan istifadə edirlər.
Videooyunlarda "üçüncü şəxs" deyəndə oyunçunun personajına sabit məsafədən və biraz yuxarıdan olan baxış bucağı nəzərdə tutulur. Bu baxış bucağı oyunçuya idarə etdiyi obrazı daha yaxşı görməyə kömək edir və daha çox döyüş və döyüş-macəra oyunlarında istifadə olunur. Bu baxış bucağını istifadə edən oyunlada ümumən oyunçunun yerinə görə oyun səslərinin tempi dəyişdirilir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.