xəritə From Wikipedia, the free encyclopedia
Vinland xəritəsi – xəritənin XV əsrə aid olduğu bildirilir. Xəritədə Vikinqlərin Şimali Amerikada kəşf etdikləri ərazilər əks olunmuşdur. Vinland xəritəsi ilə bağlı mühüm iddialardan biri, onun saxta olması və XX əsrin ortalarında hazırlanmasıdır. Xəritədə Afrika, Asiya, Avropa və Qrenlandiya təsvir edilmişdir. Atlantik okeanında yerləşən adalardan biri, şərti olaraq Viland adlandırılmışdır. Xəritədə Avropalıların adaya XI əsrdə gəldiləri göstərilib.
Yel Universitetinin və Britaniya muzeyinin professorları xəritənin XV əsrə aid olduğunu təsdiqləmişdilər.[1] Ən mühüm iddialardan biri XVII əsrdə xəritəyə həmin dövürdə olan xəritələrdən bəzi əlavələrin edilməsidir.[2] Xəritənin yazılmasında istifadə olunan qələmin mürəkkəbinin ən çoxu 150 il əvvələ aid olması, bu fikir daha da gücləndirmişdir.[3][4] Bütün iddialara baxmayaraq, xəritənin XV əsrə aid olduğunu sübut edən dəlillər də çoxdur.[5].
Vinland xəritəsi 1957-ci ildə tapılmışdır. Həmin tarixə qədər, tarixi mənbələrdə adları çəkilən, lakin aşkar olunmayan xəritələr çox olsa da, onların arasında Vinland xəritəsi olmamışdır. Xəritə təsadüfi hadisə nəticəsində tapılmışdır. Londonda yaşayan yaşlı kişi evində olan bir sıra qədim və nadir əşyaları Britaniya muzeyinə bağışlamışdır. Xəritə də bağışlanılan qədim kitablardan birinin arasından tapılmışdır. Qədim əşyaları olan kişi Hystoria Tartororum adlı kitabı və xəritəni muzeyə verməkdən imtina edir və xəritəni araşdırmaq üçün Yel Universitetinə təqdim edir. Yel Universiteti üç alimini xəritəni araşdırmaq və bu barədə kitab yazmaları üçün ayırır. Alimlər uzun müddət araşdırma aparır və kitabın yazılması ilə məşğul olurlar. İctimai dairələrdən xəritə haqqında olan məlumatlar gizlədilir. Kitab bir neçə aya yekunlaşır və universitetinin adından nəşrə bıraxılır.[6].
Alimlərin hamısı xəritəni XV əsrə aid etmir. Xəritənin saxta olması ilə bağlı bir sıra mühüm iddialar vardır. İddiaların əsasını xəritənin sonradan yazılması və ya üzərinə bəzi ciddi əlavələrin edilməsi təşkil edir. İddiaların sayı çox olsa da, beş iddia daha çox məşhurluq qazanmışdır. İddialara baxmayaraq xəritə 25 milyon dollara dəyərləndirilmişdir.[7].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.