![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/50/First_view_of_the_bottom_of_Antarctic_subglacial_Lake_Whillans.jpg/640px-First_view_of_the_bottom_of_Antarctic_subglacial_Lake_Whillans.jpg&w=640&q=50)
Villans gölü
From Wikipedia, the free encyclopedia
Villans gölü (ing. Lake Whillans) — Antarktida ərazisində yerləşən buzaltı göl. Göl öz adını Ohayo Ştat Universitetinin doktoru qlasioloqu Ayana Villansın şərəfinə adlandırılmışdır.
Villans gölü | |
---|---|
ing. Lake Whillans | |
![]() | |
Ümumi məlumatlar | |
Sahəsi | 60 km² |
Dərin yeri | 20 m |
Orta dərinliyi | 2 m |
Yerləşməsi | |
84°15′00″ c. e. 153°30′00″ q. u. | |
Ölkə |
![]() |
![]() |
Villans gölü Villans buz axının altında Ross şelf buzlağında yerləşir[1]. Göl təqribi olaraq 800 metr dərinlikdə buzlaq altında qərarlaşır. Onun təqribi sahəsi 60 km²-dir. Dərinliyi 2 metr[2] olması düşünülsə də bəzi alimlər seysmoloji ölçmələrlə dərinliyin 6-9 metr olmasını düşünürlər[3]. Suyunun temperatuyu −0,5°С[4]-dir.
İlk dəfə göl Helen Friker tərəfindən 2007-ci ildə aşkarlanmışdır. O və unun komandası regionun kosmosdan şəkillərini 2003-2006-cı illər ərzində araşdırmışdır. Onlar buz təbəqəsinin qalxıb-enməsini müəyyən etdikdən sonra burada buzaltı gölün olmasını ehtimal etmişdir[4].