Villans gölü
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Villans gölü (ing. Lake Whillans) — Antarktida ərazisində yerləşən buzaltı göl. Göl öz adını Ohayo Ştat Universitetinin doktoru qlasioloqu Ayana Villansın şərəfinə adlandırılmışdır.
Villans gölü | |
---|---|
ing. Lake Whillans | |
Ümumi məlumatlar | |
Sahəsi | 60 km² |
Dərin yeri | 20 m |
Orta dərinliyi | 2 m |
Yerləşməsi | |
84°15′00″ c. e. 153°30′00″ q. u.HGYO | |
Ölkə | Antarktida |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Villans gölü Villans buz axının altında Ross şelf buzlağında yerləşir[1]. Göl təqribi olaraq 800 metr dərinlikdə buzlaq altında qərarlaşır. Onun təqribi sahəsi 60 km²-dir. Dərinliyi 2 metr[2] olması düşünülsə də bəzi alimlər seysmoloji ölçmələrlə dərinliyin 6-9 metr olmasını düşünürlər[3]. Suyunun temperatuyu −0,5°С[4]-dir.
İlk dəfə göl Helen Friker tərəfindən 2007-ci ildə aşkarlanmışdır. O və unun komandası regionun kosmosdan şəkillərini 2003-2006-cı illər ərzində araşdırmışdır. Onlar buz təbəqəsinin qalxıb-enməsini müəyyən etdikdən sonra burada buzaltı gölün olmasını ehtimal etmişdir[4].
28 yanvar 2013 ildə[5] qazmaçılar qrupu gölün dibinə çatdıqlarını məruzə edirlər. Onlar 800 metr dərinliyinə qədər qazdıqlarını bildirirlər. Quyunun diametri 30 sm olmuşdur[1]. Alimlər qeyd edirlər ki, Antarktida ən yaxşı tətqiq olunmuş gölüdür. Əvvəllər Vostok gölündə belə araşdırnalar aparılsa da ətraflı nəticələr əldə edilməmişdir. 2014-cü ildə göl Milli Elmi fondun alimləri tərəfindən araşdırmalar aparılmışdır. Göldəki araşdırmalar Yupiter və Saturnnun peyklərində iqlimin tətqiqinə dəstək verə bilər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.