Vikipediya:Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir
From Wikipedia, the free encyclopedia
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
- Səsvermə müddəti: 10-25 mart 2011-ci il.
- Qüvvədədir: 25 mart 2011-ci il tarixindən.
|
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin Vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Vikipediya - ensiklopediya yaratmaq məqsədi güdən layihədir. Vikipediya maraqlara xidmət edən klub deyil. Vikipediya iştirakçıları arasında şəxsi münasibətlər Vikipediyada müzakirə oluna bilməz.
Vikipediyada baş verən bütün müzakirələr yalnız Vikipediyanın inkişafı naminə olmalıdır. Müzakirələrin sonunda konsensus əldə edilməlidir. Odur ki, şəxsi müstəviyə keçən bər hansı bir müzakirə Vikipediyanın ruhuna ziddir. İstifadəçinin digər istifadəçiyə qarşı pis münasibəti müzakirələrdə əks oluna bilməz.
- Müzakirə zamanı digər istifadəçilərə qarşı təhqir, rişxənd, istehza, özünü böyük tutma, böhtan dolu yazılarla çıxış edən istifadəçinin fəaliyyəti dayandırılmalıdır.
- Müzakirələrdə müəllif deyil, məqalə müzakirə edilməlidir.
- Etirazlar yalnız müzakirə olunan səhifədəki məsələlərlə bağlı olmalıdır.
- Şəxsi münasibətlər və təhqirlər Vikipediyanın ümumi işinə xələl gətirir və digər istifadəçiləri işlərindən yayındırır.
Hər bir istifadəçi layihədə normal işgüzar əhval-ruhiyyənin yaradılmasına xidmət etməlidir. Müzakirələr zamanı istifadəçiyə təzyiq göstərmək, keçmiş müzakirələri yada salaraq Vikipediyaya yaraşmayan ab-hava yaratmaq qadağandır və istifadəçinin cəzalanmasına səbəb ola bilər.
Vikipediyada fəaliyyət göstərən hər bir istifadəçinin fəaliyyəti Vikipediyanın ümumi nüfuzuna təsir edir. Qayğıkeş olun, nizam-intizama xidmət edin, istifadəçilərin ləyaqətinə hörmət edin.
Müzakirələr zamanı şəxsi zəmində təhqiredici və alçaldıcı replikaların istifadəsi qəti qadağandır.
Unutmayın ki, bütün yazıları, hətta silinmiş yazıları belə məqalələrin "tarixçə" bölməsindən izləmək mümkündür.