Vikipediya:Sürətli silmə kriteriyaları
From Wikipedia, the free encyclopedia
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
- Səsvermə müddəti: 20 iyul — 4 avqust 2021
- Qüvvədədir: 4 avqust 2021-ci ildən
![]() |
|
![]() |
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin Vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Sürətli silmə kriteriyaları (SSK) Vikipediya:Səhifə silmənin bir hissəsi olaraq inzibatçıların silinmə müzakirəsi aparmadan məqalələrin, faylların, kateqoriyaların və s. sürətli, birbaşa silinməsi hallarını müəyyən edən təlimatdır. Hər bir istifadəçi sürətli silmə üçün {{Sil}} şablonunu əlavə edə bilər, lakin sadəcə inzibatçılar məqalə və s. silə bilər.
Silinmiş səhifə sadəcə inzibatçılar tərəfindən bərpa oluna bilər. Sürətli silmə səhifələri və ya faylların (sürətli silmə kriteriyalarını ödəyən) silinməsi üçün aparılan silmə müzakirələrində itirilən zamanı minimuma endirmək üçün icra olunur.[lower-alpha 1]
Səhifəyə sil şablonu əlavə etməzdən əvvəl, yəni onu silməyə namizəd göstərməzdən əvvəl bunun Vikiqaydalar çərçivəsində nə dərəcədə doğru olub-olmadığını müəyyənləşdirin. Qaralama halında olan məqalələrin, birləşdirilən və ya başqa yerə istiqamətləndirilən və s. kimi səhifə və faylların sayını azaltmaq istəyirsinizsə, kriteriyaları ödəmədiyi halda onları silinməyə namizəd göstərin. Əgər səhifə tarixçəsində olan bütün dəyişikliklər nəzərə alındıqda sürətli silinmə kriteriyalarını ödəyirsə, sürətli şəkildə silinməyə namizəd göstərilə bilər. Əgər bir səhifə silinməyə namizəd göstərilərsə, bu zaman hansı kriteriyaya görə namizədliyinin irəli sürüldüyü qəti surətdə açıqlanmalıdır. Belə olan halda, səhifənin yaradıcı və səhifədə əhəmiyyətli dəyişikliklər edən istifadəçilər məlumatlandırıla bilər. Əgər səhifə Vikipediyadan şəxsi gizlilik səbəbindən silinməlidirsə, bunun üçün inzibatçılar məlumatlandırılmalıdır. Şəxsi gizlilik deyildikdə, ayrı-ayrı fərdlərin şəxsi məlumatlarının paylaşılmasının istənilmədiyi hallar, azyaşlıların məlumatlarının, şəkillərinin Vikipediyada mövcud olmasından narahat olunan hallar nəzərdə tutulur.
Bir çox hallarda sürətli silinmə üçün "sil" şablonu əlavə olunarsa, səhifənin yaradıcısı sil şablonunu səhifədən çıxara bilməz. Səhifənin yaradıcısı (inzibatçılar xaric) əgər bununla razılaşmırsa, müzakirə səhifəsində etirazını bildirməlidir. Əgər səhifəni yaradan istifadəçidən başqa bir istifadəçi xoşniyyətliliklə sürətli silinmə şablonunu səhifədən çıxarırsa, deməli bu şablonun əlavəsi müzakirəyə açıq ola bilər. Belə olan halda, silinmə üçün başqa bir silinmə prosesi, yəni səhifənin silinməyə namizəd səhifələrə namizədliyinin təqdim edilməsi daha məqsədəuyğundur. Belə hallarda redaktə müharibəsi yolverilməzdir. Məqalənin yaradıcısı sadəcə bu kriteriyalarla: Ü6, Ü7, Ü8, Ü13, Ü14 və ya İS1 silinmə üçün {{sil}}
şablonu əlavə olunubsa, şablonu çıxara bilər.
İnzibatçılar səhifə silərkən diqqətli olmalıdırlar. Əgər səhifənin ən son silinməyə namizəd səhifə olaraq müzakirəsində qalması üçün qərar alınıbsa, müəllif hüquqları pozuntusu və digər sürətli silmə kriteriyalarının ödəndiyi hallar istisna olmaqla, yeni müzakirə başladılmadan səhifə silinə bilməz. İstifadəçilər bəzən çoxsaylı düzəlişlər edərək səhifə yaradırlar. Bu hallarda inzibatçılar yenicə yaradılmış natamam səhifələrin silinməsindən çəkinməlidirlər.