Vikipediya:Həftənin seçilmiş məqaləsi/20. Həftə 2016
From Wikipedia, the free encyclopedia
Steins;Gate — 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş və 2009-cu ilin 15 oktyabrındaXbox 360 platforması üçün yayımlanmış Yaponiya vizual romanı. Bu 5pb. və Nitroplus şirkətlərinin "Science Adventure" oyun seriyası çərçivəsində "Chaos;Head" oyunundan sonra istehsal etdiyi ikinci oyundur, bu oyunu "Robotics;Notes" izləmişdir. Oyunun Windows üçün versiyası 26 avqust2010-cu ildə, PlayStation Portable üçün versiyası 23 iyun2011-ci ildə, iOS üçün versiyası 25 avqust2011-ci ildə, PlayStation üçün versiyası 24 may2012-ci ildə, PlayStation Vita üçün versiyası 14 mart2013-cü ildə və Android üçün versiyası 27 iyun2013-cü ildə yayımlanmışdır. İstehsalçı komanda tərəfindən oyun "hipotetik elm ADV-si"(想定科学ADV,Sōtei Kagaku ADV?) adlandırılmışdır. Oyun bir-birinə qarşılıqlı təsir göstərən ssenarilər təklif edən xətti süjetə malikdir. JAST USA31 mart2014-cü ildə Şimali Amerikada oyunu PC platforması üçün yayımlamışdır (həm rəqəmsal, həm fiziki versiyalar). PQube isə 2015-ci ildə oyunun PS3 və PS Vita üçün versiyalarını Şimali Amerika və Avropada satışa çıxarmışdır. Oyunun iOS platformaları üçün versiyasının ingilisdilli tərcüməsi hələ ki yayımlanmamışdır.