Vikipediya:Həftənin yaxşı məqaləsi/28. Həftə 2017
From Wikipedia, the free encyclopedia
Qədəh ilk müasir sahibi olan Edvard Perri Uorrenin adı ilə adlandırılmışdır. Uorren öz sənət kolleksiyası ilə məşhur olmuş, onun kolleksiyasına Rodenin “Öpüş” və Kranaxın “Adəm və Həvva” əsərləri də daxil olmuşdur. Uorren qədəhi Romada art-dilerdən 1911-ci ildə, £2,000 qiymətinə almışdır. Qədəh Romaya Yerusəlimdən gətirilmiş, orada isə Battir şəhəri ərazisindən (qədim Bethther) imperator Klavdinin sikkələri ilə birlikdə aşkarlandığı və ehtimal ki, Yəhudi müharibəsi dövründə basıdırldığı deyilmişdir. |