Uorren qədəhi (ing. Warren Cup) – b.e.-nın 5–15-ci illərinə aid olan gümüş qədəhdir. Qədəh üzərində iki eynicinsli əlaqə səhnəsi təsvir edilmişdir. Qədəhin Yəhudi müharibəsi dövrünə aid olan və Fələstin ərazisindən aşkarlanmış dəfinədən əldə edilməsi güman olunur.

Cəld faktlar Uorren qədəhi, Material ...
Uorren qədəhi
ing. Warren Cup
Thumb
Material gümüş
Ölçü hündürlük: 11sm
en:9.9sm
dərinlik: 11sm
Yaranıb Qədim Roma, 5-15-ci illər
Kəşf edilib Edvard Perri Uorren tərəfindən
Yeri Roma
Saxlanılır Britaniya muzeyi, 70-ci otaq
İdentifikasiya GR 1999,0426.1
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Qədəh 1999-cu ildə Britaniya muzeyi tərəfindən 1.8 milyon funt sterlinqə alınmışdır ki, bu da o zaman üçün muzeyin ən bahalı birdəfəlik alışıdır. Qədəh adətən Yuililər-Klavdilər sülaləsi dövrünə (b.e. I əsri) aid edilsə də, bu tarixləndirməyə şübhəylə yanşanlar da vardır.[1]

Qədəh ilk müasir sahibi olan Edvard Perri Uorrenin adı ilə adlandırılmışdır.[2] Uorren öz sənət kolleksiyası ilə məşhur olmuş, onun kolleksiyasına Rodenin "Öpüş" və Kranaxın "Adəm və Həvva" əsərləri də daxil olmuşdur.

Tarixi

Uorren tərəfindən alınması

Thumb
Edvard Perri Uorren

Uorren qədəhi Romada art-dilerdən 1911-ci ildə, £2,000 qiymətinə almışdır.[3][4][5] Qədəh Romaya Yerusəlimdən gətirilmiş, orada isə Battir[6] şəhəri ərazisindən (qədim Bethther) imperator Klavdinin sikkələri ilə birlikdə aşkarlandığı və ehtimal ki, Yəhudi müharibəsi dövründə basıdırldığı deyilmişdir.

" Dəqiq məlumat olmasa da, belə hesab edilir ki, Uorren qədəhi, Yerusəlimdən bir neçə mil cənub-qərbdə yerləşən Bittir şəhəri ərazisindən dəfn edilmiş vəziyyətdə aşkarlanmışdır. Qədəhin həmin əraziyə necə gedib çıxması məmmalı olsa da, biz bəzi gümanlar edə bilərik. Qədəhin təxminən 10-cu illərdə hazırlanmasını düşünmək olar. Təxminən 50 il sonra Yerusəlimdəki Roma hakimiyyəti və yerli yəhudi icması arasındakı qarşılıqlı anlaşılmazlıqlar 66-cı ildə üsyana səbəb olmuş və yəhudilər güclə şəhərdə hakimiyyətlərini bərpa etmişlər. Həmin dövrdə çox qanlı toqquşmalar baş verirdi və ehtimal edilir ki, bizim qədəh də məhz toqquşmalardan qorunmağa çalışan sahibi tərəfindən dəfn edilmişdir.[6]
Nil MakQreqor, Britaniya muzeyinin direktoru, Dünyanın tarixi
"

Qədəh, Uorrenin böyük sənət kolleksiyasının ən dəyərli eksponatlarından birinə çevrilmiş və kolleksionerin əsərlə tanış olan yaxınları tərəfindən "Müqəddəs kuzə" adlandırılmışdır.[3] Artefakt, ilk dəfə 1921-ci ildə Qaston Forberq tərəfindən erotik təsvirli 113 qədim artefakt toplusunda nəşr edilmişdir. Şəkillərdə qədəhin natəmiz vəziyyətdə olması görünürdü.[7][8] Daha sonra qədəh Uorrenin Artur Lyon Rayli psevdonimi ilə ilk dəfə 1928-ci ildə nəşr etdiyi "Uran sevgisinin müdafiəsi" kitabında yayımlanmışdır.[5][9][10]

Satılması

1928-ci ildə Uorrenin vəfat etməsindən sonra, qədəh digər sənət əşyaları ilə birlikdə kolleksionerin katibi və partnyoru Asa Tomasın varisliyinə keçmişdir. Qədəh 1929-cu ildə Lyuis Haus hərracına çıxarılsa da satılmamış və Tomasda qalmışdır.[11] Hərracdan sonra qədəh təmizlənməyə göndərilmiş və 1931-ci ildə çəkilmiş şəkillərdə artıq artefaktın yaxşı təmizləndiyi görünmüşdür.[3][7]

1952-ci ildə, sənət tarixçisi[12] və Uorrenin keçmiş yoldaşı Harold Persons qədəhin satılması işini öz öhdəsinə götürərək Nyu-Yorka, kolleksiyaçı Volter Beykerlə görüşə getsə də[13], Beyker danışıqları davam etdirməyə maraq göstərmir.[3] 1953-cü ilin fevralında qədəh Tomas Volter Beykerə göndərilsə də, ABŞ Sərhəd Xidməti qədəhin ölkəyə keçməsinə imkan verməyərək onun pornorafik məzmunlu olmasının izahda qeyd edilməsini tələb edir; 1954-cü ildə qədəh Böyük Britaniyaya qaytarılır və o vaxta kimi Tomas da vəfat edir. Bu hadisədən sonra, bir neçə muzey artefaktı almağa maraq göstərir.[14][15] Lakin, Tomasın dul həyat yoldaşı qədəhi art-diler Con Hyuettə satır. Hyuett isə öz növbəsində qədəhi Britaniya muzeyinin yunan və roma bölməsinin saxlancı Denis Haynsa təklif edir. Hayns artefaktla bağlı muzeyin qəyyumu Lord Kroufordla məsləhətləşir. Lakin, müzakirələr sonradan davam etdirilmir, çünki, onlar, heç vaxt, Kentrberi arxiyepiskopunun rəhbərlik etdiyi muzey qəyyumlarını razı sala bilməyəcəklərini düşünürlər.[3][7]

1966-cı ildə £6,000 qiymətinə satışa çıxarılan qədəh, şəxsi kolleksiyaçı tərəfindən alınır.[3][16]

1998-ci ildə Metropolitan muzeyindən götürülən qədəh britaniyalı şəxsi kolleksiyaçıya satılır.[3] Qədəh hazırkı sahibi olan Britaniya muzeyi tərəfindən 1999-cu ildə, İrs Lotereya Fondu, Milli Sənət Kolleksiyaları Fondu Və Britaniya Muzey Dostları tərəfindən toplanmış £1.8 milyon məbləğ qarşılığında, artefaktın Böyük Britaniyadan çıxarılmasının qarşısını almaq məqsədi ilə əldə edilmişdir.[17] O zaman, qədəh Britaniya muzeyi tərəfindən alınmış ən bahalı tək obyekt olmaqla, 1950-ci illərdə təklif edilən qiymətini bir neçə dəfə geridə qoymuşdu.[15][18]

Sərgilənməsi

1920-ci illərdə Uorren qədəhi Vyurtzburqdakı Martin fon Vaqner muzeyində sərgilənməyə vermişdir.[19] 1985–1991-ci illərdə qədəh Bazeldəki Qədim dövr muzeyində sərgilənmişdir. 1992–1998-ci illərdə Uorren qədəhi anonim kreditor adından Metropoliten muzeyində sərgilənmişdir.[7][20]

11 may-2 iyul 2006-cı ildə Britaniya muzeyində təşkil olunmuş "Uorren qədəhi: Qədim Yunanıstan və Romada seks və cəmiyyət" adlı sərginin əsas diqqət obyekti məhz qədəh olmuşdur.

" Biz bu fantastik obyekti təqdim edərək soruşmaq istəyirik ki, onun hazırlandığı dövrdə seksuallığa münasibəti nə qədər başa düşürük. İndi bu obyektlər bizə qəribə görünsə də, həmin dövrdə şəxsi evlərdə və hamamlarda oxşar təsvirlərlə zəngin çoxsaylı divar rəsmləri və mozaikalar, həmçinin digər əşyalar olmuşdur.
Difri Vilyams, Britaniya muzeyinin saxlancı[15]
"

2006-cı ilin dekabrından 2007-ci ilin yanvarına kimi əsər Yorkşir muzeyində sərgilənmişdir.[21] BBC Radio 4 tərəfindən hazırlanmış və 2010-cu ildən yayımlanmağa balanmış "Dünya tarixi 100 obyektə əsasında" verilişlər siyahısında Uorren qədəhi 36-cı obyekt kimi təqdim edilmişdir.[14] 2001-ci ildə (yanvardan aprelə kimi) qədəh Nottingem Universitetində keçirilən "Roma seksuallığı: Təsvirlər, miflər və anlamlar" sərgisi çərçivəsində Veston qalereyasında sərgilənmişdir.[22]

2012-ci ildə LGBT "Prayd bizim keçmiş sərgimizdir" layihəsi çərçivəsində, qədəh Plimut şəhər muzeyi və sənət qalereyasında sərgilənmişdir.[23][24]

2014-cü ilin iyulunda Vayt adasındakı Breydinq Roma Villasında keçirilmiş "Roma seksuallığı: təsvirlər, miflər və anlamlar" sərgisində Uorren qədəhi də sərgilənmişdir.[25][26][27]

Təsviri

Qədim Roma incəsənətində cinsi əlaqənin təsviri geniş yayılsa da, dövrümüzə çatmış sənət nümunələri arasında qadın-kişi əlaqələrinin təsvir edildiyi obyektlərin sayı eynicinsli əlaqələrin təsvir edildiyi sənət nümunələrindən daha çoxdur. Lakin, bunu heç də, həmin dövrdə homoerotik incəsənətin nadir hal olması kimi deyil, sonrakı dövrdə bu incəsənətə baxışın dəyişməsinə görə belə sənət nümunələrinin daha az saxlanması, saxlanmış sənət nümunələrinin isə tədqiq və nəşr edilməməsi kimi qəbul etmək lazımdır.[28] Üzəri təsvirli içki qədəhləri cüt hazırlanmaqla, adətən axşam söhbətlərində istifadə üçün nəzərdə tutulurdu.[29] Roma sənəkarlarının keramika, şüşə və divar rəsmləri şəklində təqdim etdikləri cinsi əlaqə səhnələri, o dövrdə məşhur olmaqla, cəmiyyətin bütün təbəqələri tərəfindən görülməsi təmin edilirdi. Romalıların homoseksualizm anlayışını ifadə edən heç bir söz və ya ifadələri yox idi və Uorren qədəhi üzərindəki təsvirlər Qədim Roma mədəniyyətinin bu aspektinin tədqiq edilməsi baxımından çox əhəmiyyətlidir.[30]

Thumb
A tərəfindəki səhnə
Thumb
B tərəfindəki səhnə

Uorren qədəhinin bir tərəfində (şərti olaraq A tərəfi adlandırılır) "saqqalı kişi" və "saqqalsız gənc"in uzanmış vəziyyətdə anal sekslə məşğul olması təsvir edilib. Gənc kəmər və ya şərfi xatırladan asqı vasitəsiylə özünü aşağı endirərək partnyorunun daxil olmasını asanlaşdırır. Yan tərəfdə qapı arasından başqa bir oğlan onları izləyir.[31] Yaş baxımından bir-birindən çox da fərqli olmayan iki fiqur ölçü baxımından da müvafiqdir. Yuxarıdakı fiqurun özünü şərf vasitəsi ilə sevgilisinin penisi üzərinə endirməsi onun qeyri-ənənəvi passiv rolda çıxış etməsini göstərir.[7] Şərfin seks zamanı dəstək kimi istifadə olunması Qədim YunanıstanQədim Roma sənət əsərlərində tez-tez rast gəlinən haldır.[32] Bunun ən yaxşı nümunələrindən biri Onesimos tərəfindən bəzədilmiş erotik təsvirli qədəh üzərində şərfdən tutuaraq ayaqlarını aralamış qadının göstərilməsidir.[7][33]

Qədəhin digər tərəfində (şərti olaraq B tərəfi adlandırılır) "saqqalsız" və üzü qırxılmış "gənc oğlan" arasında anal seks səhnəsi təsvir olunur. Ölçücə daha kiçik olan fiqur "oğlan" və ya "yeniyetmə"dir.[34][35] Oğlanın saç düzümü "puer delicatus" adlanan və yaraşığına görə sahibi tərəfindən seçilən gənc oğlanlara xas tipik xüsusiyyətə malikdir. Roma eynicinsli əlaqə praktikası, eynicinsli pedarast əlaqəsinin sosial statusundan asılı olmayaraq azad doğulmuş bütün kişilər arasında normal qəbul edildiyi Qədim Yunanıstan praktikasından fərqlənirdi. Roma kişiləri isə aktiv rolda çıxış edərlərsə, istədikləri qədər həmcinslər ilə cinsi əlaqədə ola bilərdilər. Onların partnyorları isə yalnız fahişə-qul və ya fahişə-kişi ola bilərdi: "düzgün" kişi seksuallığının paradiqması fəth və hakimlik idi.[36] Klassik yunan vazaları üzərində aşkarlanan pedarastik səhnələri Qədim Roma dövrünə aid oxşar səhnələrdən fərqləndirən bir sıra xüsusiyyətlər vardır. Uorren qədəhindəki təsvir qrafik detallarla təqdim edilir və sanki oğlan partnyorunu təşviq etməyə çalışaraq əlini sıxır. Qədim Roma dövrünə aid sənət əsərlərində passiv obrazın qul və ya fahişə olmasını vurğulayan detallar olsa da, Uorren qədəhindəki təsvirdə incəlik hiss edilməkdədir.[28]

Hər iki səhnədə arxa planda tekstil məhsulları, həmçinin kifara (on bir simli lira şəklində göstərilib ki, bu da çox vaxt əyləncə və şənliyi ifadə edir[37]) və avlos təsvir edilmişdir.[38][39] Bu detallar səhnə iştirakçılarının yaş və statusunu vurğulamaqla bərabər, mədəni, elitar və musiqi ilə müşayət olunan ellinləşdirilmiş mühit formalaşdırır.[40][41]

Hər iki səhnədə aktiv rolda çıxış edən partnyorların başında simvolik olaraq mərsin budağından hazırlanmış tac vardır.[38][42] Həmişəyaşıl bitki olan mərsin Qədim Roma dövründə təbabətdə və toy, seksuallıq və sevgi ilahəsi Veneraya həsr edilmiş digər rituallarda istifadə edilirdi. Mərsin adətən təsvir edilən dəfnə ağacı ilə müqayisədə daha kiçik yarpaqlara malikdir. Mərsin adətən hərbi uğurlar nəticəsində bağışlanan "corona ovalis"in hazırlanmasında istifadə olunur, lakin bu çələng dəfnə ağacından hazırlanan "corona triumphalis"dən daha az nüfuzlu hesab edilirdi. Uorren kubokunda aktiv partnyorun daxil olması məcazi formada qələbə kimi qiymətləndirilərək onun başında çələng təsvir edilmişdir.[38]

Tədqiqi

Aid olduğu dövr və orijinallığı

Thumb
B.e. 10–20-ci illərinə aid edilən gümüş Hobi skifosunun üzərində Uorren qədəhi üzərindəki relyefə oxar çılpaq kişi relyefləri vardır.

Arxeoloji kontekstin olmaması ilə əlaqədar olaraq, Ostin Texas Universitetinin incəsənət professor Con Klark əsəri Pompeydən aşkarlanmış anoloji stilə malik əşyalarla müqayisə edərək, eyni dövrə aid edir.[43]

Britaniya muzeyinin Qədim Yunanıstan və Roma bölməsinin keçmiş saxlancı Difri Vilyams qədəhi b.e. 5–15-ci illərinə aid edir. Vilyams bu tarixi təsdiqləyən bir neçə faktor da sadalayır. Qədəhin hazırlanmasında istifadə edilmiş gümüş qarışımı 95% təmizliyə malikdir ki, bu da, o dövrün gümüş Roma qədəhləri üçün xarakterik xüsusiyyətdir, sonrakı dövrlərdə isə bu cür əşyaların hazırlanmasında istifadə edilən gümüşün saflığı daha çox olmuşdur. XX əsrdə iki dəfə təmizlənməsinə baxmayaraq, qədəh üzərindəki çatlar arasında qalmış pas və digər kimyəvi elementlər yaş baxımından göstərilən dövrə uyğun gəlir.[44] Enerqodispersion rentgen spektroskopik (ERS) analizin nəticələri əsasında müəyyən edilmişdir ki, korroziyaya səbəb gümüş xloridi olmuşdur.[45] Dekorativ stil və forma, həmin dövrə aid Xris kanfarı[46] və oxşar çılpaq fiqurların təsvir edildiyi, Uorren qədəhinin ilk dəfə qeyd edilməsindən on il sonra kəşf olunmuş Hobi skifosunun təsvirləri ilə oxşarlıq təşkil edir.[47][48]

Mariya Tereza Marabini Moevs 2008-ci ildə "Bollettino d'Arte" jurnalı üçün yazdığı məqalədə iddia edir ki, Uorren qədəhi əslində erkən Roma imperiyası dövrünə aid deyil və ehtimal ki, 1900-cü illərdə Edvard Perri Uorrenin zövqünü bilən həvəskar arxeoloq və diler Fausto Benedettinin (1874–1931) sifarişi ilə istedadlı zərgər tərəfindən Art deko stilində hazırlanmışdır. Ola bilsin ki, Benedetti o zaman Romada klassik stil üzrə ixtisaslaşmış ən məşhur zərgər və antik əşyalar kolleksiyaçıları olan Kastellani qardaşları ilə birgə işləmişdir. Roma keramikası üzrə mütəxəssis olan Moevs iddia edir ki, qədəh üzərindəki səhnələr, bəziləri Kastellani kolleksiyasına daxil olan bir neçə Qədim Yunanıstan və Roma keramikası üzərindəki təsvirlərin detallarının birləşdirilməsi nəticəsində yaradılmışdır. Zərgər Klaudio Françi həmin məqaləyə yazdığı əlavədə müəllifin fikirlərini texniki sübutlarla əsaslandırır.[49]

Berlin Humboldt Universitetinin klassik arxeologiya professoru Luka Culiani bir neçə ikonoqrafik uyğunsuzluqlara əsaslanaraq Uorren qədəhini XX əsrin saxta sənət nümunəsi hesab edir.[50][51] 12 mart 2014-cü ildə London Kral Kollecindəki seminarda Difri Vilyamsın kontrarqumentlərinə cavab olaraq Culiani etiraf etmişdir ki, gümüşün daxili hissəsindəki xlorid korroziyasının sübutları Britaniya muzeyi tərəfindən təqdim edilsəydi, bu, qədəhin həqiqiliyini təsdiq edən tutarlı sübut olardı.[1][52][53]

İstehsal texnikası və vəziyyəti

Uorren qədəhi 95 % təmiz gümüş, az miqdarda mis, qızılqurğuşun qarışığndan ibarətdir.[44] Qədəh beş hissədə ibarətdir[14][30][54]:

  1. Fiqurların rahatlıqla alınması üçün içəridən tökmə üsulu ilə hazırlanmış qədəhin özü
  2. Qədəhin istifadə və təmizlənməsini daha da sadələşdirmək üçün daxili həcminə yerləşdirilmiş və daha qalın gümüş qatına malik hamar təbəqə
  3. Sərt gümüşdən hazırlanmış baza
  4. Bazaya bərkidilmiş lehimli tökmə ayaq
  5. Hazırda itirilmiş iki qulp Korrozion təmizləmə işləri nəticəsində qədəhin səthində qabarma və çökmələr meydana gəlmişdir; lakin, çatlar arasında gümüş xloridi və qara gümüş sulfidinin qalıqları vardır. Çat kənardakı oğlan fiqurunun ətrafında yaranmışdır. Təməl əyri və sınıq olduğuna görə, qədəh də bir tərəfə təmayüllü gürünür. Bazadakı zədələnmələr qədəhin XX əsrdə təmizlənməsi zamanı meydana gəlmişdir.[55] Ayaq qədəhin əsas kütləsinə müasir dövrdə lehimlənmişdir. Belə güman edilir ki, gips və silikon rezin qalılarına görə qədəh iki dəfə qəliblənmişdir.[20]

Replikaları

Qədəhlə yaxından maraqlanan sənət tarixçisi və klassik arxeoloq Con Bizli, onun replikasını yaratmışdır. 1966-cı ildə replika Bizli hədiyyələrinin tərkib hissəsi kimi Oksforddakı Eşmol muzeyinə bağışlanmışdır. 1985-ci ildə bu muzeydə keçirilən sərgidə replika da ziyarətçilərə təqdim edilmişdir.

Uorren qədəhinin altı replikası məlumdur. 2014-cü ilin aprelində Cənubi Afrikanın Keyptaun şəhərində anonim kolleksiyaçının sahib olduğu replika oğurlanmışdır.[56]

İstinadlar

Ədəbiyyat

Əlavə oxu

Həmçinin bax

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.