Vikipediya:Ana səhifə:Xəbərlər/21. Həftə 2023
From Wikipedia, the free encyclopedia
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ab/Loreen_Eurovision_2012_winner.jpg/640px-Loreen_Eurovision_2012_winner.jpg)
- Türkiyədə prezident seçkilərinin qalibi I turda müəyyənləşmədiyi üçün 28 may tarixində seçkilərin II turu keçiriləcək.
- Göygöldə 25 may axşam saatlarında baş vermiş sel nəticəsində 2 nəfər ölüb. Rayonun Aşağı Zurnabad, Şəhriyar, Kərəmli və Topalhəsənli kəndlərinə ciddi ziyan dəyib.
- 2023 Avroviziya Mahnı Müsabiqəsində İsveç təmsilçisi Lorin "Tatoo" adlı mahnı ilə qalib olub.
- 11-12 may tarixlərində Azərbaycan-Ermənistan sərhədi istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribatlar nəticəsində Azərbaycan ordusunun 2 hərbçisi şəhid olub.
- Konqo Demokratik Respublikasında baş verən torpaq sürüşmələri nəticəsində 400-dən artıq adam həlak olub və 5500-dən artıq adam itkin düşüb.
- 6 may tarixində Vestminster abbatlığında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı III Çarlzın tacqoyma mərasimi keçirilib.
Son ölümlər: Mark Şihan, Meri Kuant, Tamilla Nəsirova, Eduard Bağırov, Azər Paşa Nemətov, İranə Tağızadə, Vilayət Hacıyev