From Wikipedia, the free encyclopedia
bax – müzakirə et – redaktə et – tarixçə
[[Şəkil:|left|150px]] Səlim xan — Şəki xanı; iki dəfə − birinci dəfə 1795-1797, ikinci dəfə isə 1805-1806-cı illərdə, hər dəfə də 2 ildən də az müddət ərzində hakimiyyətdə olmuş, lakin xan olmaq uğrunda mübarizəsini sonra yenə də davam etdirməsi səbəbindən, adı XIX əsrin birinci rübündə daha uzun müddət ərzində, vaxtaşırı olaraq dövrün siyasi gündəmlərində hallanmışdı. Şəki xanlarından Məhəmmədhüseyn xanın oğlu, Hacı Çələbi xanın nəticəsi, Məhəmmədhəsən xan və Fətəli xanın atabır qardaşı, Hüseyn xanın isə atası idi.
Səlim xan Şəki xanı ikən hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün əvvəl xanlığını Rusiya İmperiyasının tərkibinə qatmışsa da, bacısının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu bu ərazidən çıxartmış, bundan 4 ay sonra əks-hücuma keçən ruslara ciddi müqavimət göstərmiş, lakin sonda məğlub olaraq İrana mühacirət etmişdi. O, hakimiyyətini geri qaytarmaq ümidiylə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də uğur qazana bilməyərək geri çəkilmiş, bir müddət İranda yaşadıqdan sonra Türkiyəyə getmiş və 12 aprel 1826-cı il tarixdə Osmanlı İmperiyası ərazisindəki Kir şəhərində vəfat etmişdir. (Davamı...) |
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
Cibril Sisse — Kot-d'İvuar mənşəli Fransa futbolçusu, İsveçrə futbol klubu olan "İverdon Sport" FK-un hücumçusu. 2002–2010-cu illərdə Fransa milli futbol komandasının tərkibində olaraq dünya çempionatlarında iştirak etmişdir. 2005-ci ildən bəri ləqəbi "Frodşam Mülk Lordu"dur.
Sisse, Kot-d'İvuardan Fransaya köçən bir müsəlman ailəsində anadan olmuşdur. Ailənin yeddinci və ən kiçik uşağı idi. Onun atası Manqe Sisse (1945–2009) professional bir futbolçu idi. 1970-ci ildə Afrika Millətlər Kubokunda, Kot-d'İvuar milli futbol komandasının kapitanı olmuşdur. 1974-cü ildə Manqe ailəsi ilə birlikdə Cibrilin anadan olduğu Fransa>ya köçmüşdür. Cibril Sisse futbol karyerasına 8 yaşında, "Arl-Avion" FK-da başlamışdır. Burada 7 il oynadıqdan sonra, klubu tərk etmişdir. Bundan sonra, 6 ay "Nim Olimpik" FK oynayan Sisse, daha sonra "Oser" FK-un gənclər heyətinə qoşulmuşdur. 1998-ci ildə A dərəcəli kluba getməzdən əvvəl, 2 il burada oynamışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
Şahzadə Uilyam və Ketrin Middltonun toyu (ing. Wedding of Prince William and Catherine Middleton) — Kembric hersoqu şahzadə Uilyam və Ketrin Middltonun toyu 29 aprel 2011-ci ildə Londonda Vestminster abbatlığında baş tutdu. Uels şahzadəsi Çarlzın böyük oğlu – şahzadə Uilyam Ketrin (Keyt) Middltonla 2001-ci ildə Sent-Endryus Universitetində bir yerdə oxuyanda tanış olublar. 20 oktyabr 2010-cu ildə baş tutmuş nişanları 16 noyabr 2010-cu ildə elan olundu. Toya hazırlıq və hadisənin özü kütləvi informasiya vasitələrinin çox böyük diqqətini çəkdi; toy bütün dünyada canlı yayımlandı və bir çox cəhətdən Uilyamın valideynlərinin – şahzadə Çarlz və ledi Diana Spenserin 1981-ci ildə bağlanmış nikahı ilə müqayisə edilmişdir. Sıravi insanlardan olan Ketrin Middltonun (aristokrat olmayan) kral ailəsinin bir üzvünə ərə getməsi xeyli diqqət çəkdi.
Şahzadə Uilyam taxt-tacın birbaşa varisi olmadığına görə toy tam dövlət hadisəsi deyildi, 1900 nəfərlik qonaq siyahısının böyük hissəsi kimi bir çox detallar cütlüyün öhdəsinə buraxıldı. Toy günü Böyük Britaniyada dövlət bayramı kimi elan olundu. Hadisənin təmtəraqlı cəhətləri çox oldu - kral qarajından, piyada və atlı qvardiyasından istifadə olundu. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
Anna Dadli (ing. Anne Dallas Dudley) — ABŞ-da qadınların seçki hüququ hərəkatının tanınmış fəalı, sufrajist. Neşvilldə Seçki Hüququ Bərabərliyi Liqasının qurucusu və onun prezidenti. Tennessi Seçki Hüququ Bərabərliyi Dərnəyinin başçısı vəzifəsini yerinə yetirmişdir. Qadınlara ABŞ-da səsvermə hüququnun verilməsinə dair ABŞ Konstitusiyasına edilən XIX düzəlişin ratifikasiya edilməsinə böyük səy göstərmiş və Amerika Milli Qadın Seçki Hüququ Assosiasiyasının üçüncü vitse-prezidenti olmuşdur.
Tennesidə doqquzuncu düzəlişin qüvvəyə minməsi (ratifikasiyası) üçün onun etdiyi cəhdlər və qazandığı uğurlar xüsusilə qeyd olunur. Anna Dallas Dadli 1876-cı il, sentyabrın 13-də ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində yüksək seçilmiş ailədə anadan olmuşdur. Onun atası B. Dallas Trevanion 1869-cu ildə Neşvillə köçmüş, burada tekstil sənayesində sahibkarlıq fəaliyyətinə başlamışdır. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
Bakı Şəhər İcra Hakimiyyətinin binası — Bakı şəhərində, İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati binadır. Bina 1900-1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir. 1904-cü ildə Qoslavskinin ölümündən sonra layihənin tamamlanması işinə əvvəlcə Kazimir Skureviç, daha sonra isə İosif Ploşko rəhbərlik etmişdir.
Bakı şəhər Dumasının sifarişi ilə inşa edilmiş bina hazırda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istifadə edilir. Həmçinin bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. 1864-cü ildə şəhər idarəsi qaydalarının hazırlanmasından sonra, 1866-cı ilin martına kimi həmin qaydalar təkmilləşdirildi. Bundan sonra qanun baxılması üçün Dövlət Sovetinə təqdim edildi. 16 iyul 1870-ci ildə Şəhər Nizamnaməsi qəbul edildi. Yeni qanunun Azərbaycanda tətbiq edilməsi "yerli xüsusiyyətlər"in nəzərə alınması üçün yubadıldı. |
bax – müzakirə et – redaktə et – tarixçə
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.