From Wikipedia, the free encyclopedia
Muğam üçlüyü — Azərbaycanın milli musiqi alətləri olan tar, kamança və qaval ifaçılarından ibarət klassik muğam triosu; Azərbaycan muğam dәstgahlarını icra edən ənənəvi sazәndәlәr ansamblı; xanəndə və sazəndə dəstəsi.
Muğam üçlüyü adından da göründüyü kimi üç nəfərdən ibarətdir. Bu dəstə yeganə çalğıçı üçlüyüdür ki, muğamlar bütöv, dəstgah şəklində, bütün incəlikləri ilə dinləyiciyə çatdırılır. İlk dövrlərdə sazəndə dəstəsində tar, kamança və balabandan, təsnif və rəngləri ifa etdikdə isə dairə, qoşanağaradan istifadə olunurdu. Məşhur tarzən Mirzə Sadıq Əsəd oğlunun tar alətində apardığı yenidənqurma işlərindən sonra artıq gur səsli qoşanağaraya ehtiyac qalmır, bu, xanəndənin əlində tutduğu incə səsli qaval ilə əvəz olunur. Beləliklə, bu dəstə yalnız 3 nəfərdən ibarət olur. Bu dəstəyə tarzәn, kamançaçı vә xanəndə daxildir ki, həmin üçlük XIX əsrin ikinci yarısından başlayaraq ta bu günə qədər fəaliyyət göstərir. Onların Azərbaycan xalq musiqisinin inkişafında, muğam ifaçılıq məktəbinin yaradılmasında rolu misilsizdir. Üçlüyün başlıca icraçısı qavalda çalan müğәnni - xanəndədir. O, öz zövqünә vә fәrdi imkanlarına görә kompozisiya qurur. Daha doğrusu, dәstgaha hansı şöbәlәrə hansı guşələrin daxil edilməsi, onların hәcmi, rәng vә ya tәsniflәrin yerlәşdirilmәsini mәhz xanәndə hәll edir. Xanәndә muğamı oxuyarkәn qavalı üzünә yaxınlaşdırır, sәsinin dinlәyicilәrә yönәlmәsini, rezonanslanmasının tәmin edir. Rәng və tәsniflәrin ifası zamanı isә xanәndә tәrәf müqabillәrini vә özünü qavalla müşayiәt edir. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.