Veys və Ramin
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Veys və Ramin (dəqiqləşdirmə).
"Veys və Ramin" (fars. ويس و رامين) — parflar dövrünə aid olduğu güman edilən qədim İran poeması. Nəsrlə pəhləvi dilində yazılmış poema XI əsr fars şairi Fəxrəddin Əsəd Gurgani tərəfindən fars dilində nəzmə çəkilmişdir.
Cəld faktlar Veys və Ramin, Müəllif ...
Veys və Ramin | |
---|---|
ويس و رامين Vis o Rāmin | |
Müəllif | Fəxrəddin Əsəd Gurgani |
Janr | məsnəvi |
Orijinalın dili | fars dili |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Əsərdə təsvir olunmuş hadisələrin kökü İslamdan əvvəlki İrana gedib çıxır. Hər nə qədər Gurgani hekayəni Sasanilər dövrü ilə bağlamağa çalışsa da, aparılan tədqiqatlar "Veys və Ramin" dastanının parflar dövründə, ehtimal ki, b.e. I əsrində yarandığını iddia etməyə əsas vermişdir. Şübhəsiz ki, əsərdə təsvir olunmuş hadisələr Gurganinin özünün yaşadığı dövrdən xeyli əvvəlki tarixin adətlərini əks etdirir.[1]