Venta şəlaləsi
From Wikipedia, the free encyclopedia
Venta şəlaləsi (latış. Ventas rumba) — Avropanın ən enli şəlaləsi[1]. Latviyanın Kuldiqa şəhəri ərazisində yerləşir. Suyun həcmindən asılı olaraq şəlalənin eni 100-110 metr arasında dəyişir. Bəzən isə eni 279 metr olur. Onun hündürlüyü yerindən asılı olaraqda dəyişə bilir. Hündürlük 1,6 - 2,2 metrdir. Əslində bu Venta çayı üzərində olan bir astanadır. Şəlalə boyunca uzanan astanalar ziqzaqvari forma əmələ gətirir. Venta çayı üzərində olan bu şəlalə təbiət abidəsi elan edilmiş və Venta vadisi təbiət yasaqlığına daxil edilmişdir.[2].
Cəld faktlar Ümumi məlumatlar, Hündürlüyü ...
Venta şəlaləsi | |
---|---|
latış. Ventas rumba | |
Ümumi məlumatlar | |
Hündürlüyü | 2.2 m |
Eni | 100—110 m |
Çay | Venta çayı |
Yerləşməsi | |
56°58′04″ şm. e. 21°58′44″ ş. u. | |
Ölkə | Latviya |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla