Vasili Blajennı kilsəsi
From Wikipedia, the free encyclopedia
Qalayanı xəndək kənarında yerləşən Müqəddəs Tanrı anasının şəfaəti kafedralı və yaxud Vasili Blajennı kilsəsi (rus. Собор Покрова Пресвятой Богородицы, что на Рву; Собор Василия Блаженного) — Moskvanın mərkəzində, Qırmızı meydanda yerləşən pravoslav kilsəsidir.[3] Böyük İvan Zəng Qülləsi inşa edilənə kimi Moskvanın ən hündür tikilisi olan[4] kilsə, həm də dünyanın ən məşhur memarlıq abidələrindən biridir.[5][6]
Vasili Blajennı kilsəsi | |
---|---|
Храм Василия Блаженного | |
55°45′09″ şm. e. 37°37′23″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Moskva |
Yerləşir | XVI kvartal, Tverskiy rayonu |
Aidiyyatı |
Rus Pravoslav Kilsəsinin Moskva yeparxiyası Dövlət Tarix Muzeyi |
Memar | Postnik Yakovlev |
Sifarişçi | İvan Qroznı |
Tikilmə tarixi | 1555—1561[1] |
Hündürlüyü | 47,5 m[2] |
Qüllələri | 2 |
Günbəzləri | 9 |
Material | kərpic |
Vəziyyəti | fəaliyyət göstərir |
Rəsmi sayt |
saintbasil.ru shm.ru/museum/hvb/ |
Rəsmi adı: Kremlin and Red Square, Moscow | |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iv,vi |
Təyin edilib | 1990 |
İstinad nöm. | 545 |
Dövlət | Rusiya |
Region | Avropa |
Rusiya Federasiyasının milli irsi | |
Rəsmi adı: Собор Покрова Пресвятой Богородицы на Рву, придел, крыльцо, галереи и колокольня (Храм Василия Блаженного) | |
İstinad nöm. | 7710342000 |
Mühafizə dərəcəsi | Federal |
Vikianbarda əlaqəli mediafayllar |
İlkin taxta kilsə Müqəddəs Üçlüyə həsr edildiyindən, hazırkı bina XVII əsrə kimi adətən Müqəddəs Üçlük kilsəsi adlandırılırdı; o, həm də "Yerusəlim kilsəsi" kimi tanınmışdır ki, bu da, kapellalardan birinin ithafı, həmçinin, Moskva və bütün Rusiya patriarxının Palm bazar günü Uspenskiy kafedralından bu kilsəyə "təmtəraqlı keçidlə" gəlməsi ilə əlaqədardır.[7]
Binanın tonqal alovu kimi səmaya yüksələn quruluşunun Rusiya memarlığında analoqu yoxdur. Dmitri Şvidkovski özünün "Rusiya memarlığı və Qərb" adlı əsərində qeyd edir:
Bu, digər Rusiya binalarına oxşamır. Bizans incəsənəti ənənəsinin davam etdirildiyi minillik ərzində buna bənzər qəribə, gözlənilməz, mürəkkəd, detallar və çoxobrazlı quruluşların heyranedici incəlik və dəqiqliklə işlənildiyi başqa bir bina yoxdur. [8] |
Kafedral XVII əsr Rusiya milli memarlığının zirvəsi hesab olunur.[9]
SSRİ-də keçirilən dövlət ateizmi siyasətinin tərkib hissəsi kimi kilsə Rusiya Ortodoks cəmiyyətindən alınmış və 1928-ci ildən Dövlət Tarix Muzeyinin tabeliyinə verilmişdir.[10] 1929-cu ildə sekulyarizasiyası tamamilə başa çatmış[10] bina Rusiya Federasiyasının federal mülkiyyətində qalmaqdadır. 1990-cı ildən etibarən kilsə Moskva Kremli və Qırmızı meydanın tərkib hissəsi kimi UNESCO Ümumdünya irsi siyahısına salınmışdır.[11] Qırmızı meydanda mövqeyi və Kremlə yaxın yerləşməsinə görə kilsə bəzən səhvən Moskva Kremlinin tərkib hissəsi kimi qəbul edilir.[12]