Varzazat
Mərakeşdə şəhər From Wikipedia, the free encyclopedia
Mərakeşdə şəhər From Wikipedia, the free encyclopedia
Varzazat (ərəb. وارزازات, bər. ⵡⴰⵔⵣⴰⵣⴰⵜ / Warzazat, fr. Ouarzazate; ləqəbi: Səhranın qapısı) — Mərakeşin cənubunda, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətin inzibati mərkəzi. Varzazat paytaxt Rabat şəhərindən 519 kilometr (322 mil) uzaqlıqda, dəniz səviyyəsindən 1,160 metr (3,810 ft) yüksəklikdə, Yuxarı Atlas dağlarının cənubundakı bir yaylağın ortasında yerləşir. Şəhərin cənubunda səhra yerləşir.
Varzazat | |
---|---|
ورزازات ⵡⴰⵔⵣⴰⵣⴰⵜ وارزازات Ouarzazate | |
30°55′ şm. e. 6°55′ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.151 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 45000 |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərin adı bərbər dilində "səssiz" və ya "çaşqınlıq olmayan" mənasını verən bir ifadədən törəyir.
Şəhərin əhalisinin əksəriyyətini bərbərdilli xalqlar təşkil edir. Varzazat Mərakeşin tanınmış bir tətil yeridir. Şəhərində qərbində bir YUNESKO Ümumdünya irsi abidəsi – Ayt-Ben-Haddu ksarı var.
Varzazat Mərakeş kinematoqrafı üçün önəmli bir yerdir və adətən «Mərakeşin Hollivudu» və ya «Mollivud» adlanır. Ərəbistanlı Lourens (1962), Nilin xəzinəsi (1985), Yaşayan gün işığı (1987), Məsihin son cazibəsi (1988), Legioner (1998), Mumiya (1999), Qladiator (2000), Asteriks və Obeliks: Vəzifəmiz Kleopatra (2002), Cənnətin krallığı (2005), Babil (2006) və Hanna (2011) kimi filmlər, eləcə də Taxt oyunları (2011), Atlantida (2013) və Vikinqlər (2013) teleseriallardan bəzi epizodlar burada çəkilmişdir. Şəhərdə «Atlas» kinostudiyası yerləşir.
Varzazat şəhəri tarixən Avropaya gedən Afrika tüccarlarının istifadə etdiyi kiçik bir məntəqə olmuşdur. Mərakeş Fransa müstəmləkəsinə çevrildiyi dövrdə şəhər böyük həcmdə inkişaf etmişdir.
1928-ci ildə Fransa Müstəmləkə Administrasiyasının təşəbbüsü ilə məntəqənin yerləşdiyi ərazidə şəhər qurulmuşdur. Fransa Xarici Legionunun əsgərləri burada yerləşdirilirdi.
2016-cı ildə Mərakeş kralı VI Məhəmməd Varzazat GES-in 160 meqavatlıq tutumluğa malik «Nur 1» hissəsini açmışdır. Kral daha sonra onu GES-in «Nur 2» və «Nur 3» hissələri ilə birləşdirəcək. Varzazat GES-in ümumi tutumluğu 580 meqavat olacaq. Bu isə onu dünyanın ən böyük GES-i edir.[2][3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.