From Wikipedia, the free encyclopedia
Vadokayçin (和同開珎?), Vado-kayçin və ya Vado-kayho – ən qədim rəsmi yapon sikkəsi və pulu. İmperatriça Qenmeyin əmri ilə 29 avqust 708-ci ildə[1] zərb olunmağa başlamışdır.[2][3][4]
Ortasında kvadratşəkilli dəlik olan bu metal pul 958-ci ilə kimi tədavüldə olmuşdur.[5] Bu, cunizeni bə ya koço cunisen adlandırılan sikkə seriyasının birincisi idi.[6]
"Vadokayçin" sözü sikkənin üzərində yazılan 4 kancinin transliterasiyadır. "Vado" dövr adı ilə yanaşı, "xoşbəxtlik" mənasını verir. "Kayçin" isə "valyuta" deməkdir. Bu sikkələr Çinin Tan sülaləsi tərəfindən buraxılan və ilk dəfə 621-ci ildə Çanqanda zərb olunan "Kayqentsuho" (çin. 開元通宝) adlı sikkədən ilham alınaraq hazırlanmışdı. Vadokayçin bu Çin sikkəsi ilə eyni xüsusiyyətləri daşıyırdı: diametri 2,4 santimetr, çəkisi 3,75 qram təşkil edirdi.[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.