From Wikipedia, the free encyclopedia
Uzuntelli zirehli[3][4] (lat. Chaetophractus vellerosus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ.
Bədəninin uzunluğu 25 sm-dir. Zirehi ilə yanaşı, bədənini əhatə edən tellər açıq qəhvəyi rəngdədir.
Uzuntelli zirehli Qran-Çako və Argentina, Boliviya, Çili və Paraqvayın pampalarında geniş yayılmışdır. Quraq bölgələrdə, seyrək meşələrdə, subtropik, az bitki örtüyünə və kolluqları olan çəmənli düzənliklərdə yaşayır.
Uzuntelli zirehli gecə həyat tərzi keçirir. Hər şey yeyən heyvandır. Qidasını əsasən böcəklər, həmçinin onurğalılar və bitkilər (xüsusilə Prosopis cinsinə aid bitkilər) daxildir. Onurğalılar yayda qidasının 27,7% -ni, qışda isə 13,9% -ni təşkil edir. Daha çox kərtənkələlər, quşlar, qurbağalarla qidalanırlar. canlılar uzun müddət susuz yaşaya bilirlər. Qidalanma zamanı uzuntelli zirehlilər çox miqdarda qum udurlar. Bu da bir anda mədə həcminin 50% -ni ola bilər.
Boğazlıq dövrü 60–75 gündür. Heyvanlar cinsi cəhətdən 9 aylığında yetkinləşir və ildə iki dəfə bala verə bilir.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.