Ust-Aldan ulusu
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Ust-Aldan ulusu (saxa Уус-Алдан улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Boroqontsı kəndidir.
Ust-Aldan ulusu | |
---|---|
Уус-Алдан улууһа | |
58°34′ şm. e. 125°25′ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 9 yanvar 1930 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayonun ərazisi 18,3 min km²-dir. Mərkəzi Yakutiyada yerləşir. Şərqdə Taatta ulusu, cənub-şərqdə Çurapçı ulusu, cənubda Meqino-Xanqalas ulusu, qərbdə Nam ulusu, şimalda Kobyay ulusu, şimal-şərqdə Tompo ulusu ilə həmsərhəddir.
Relyefi düzəndür. Ulusun əksər hissəsi Mərkəzi Yakut ovalığı ərazisindədir.
Yanvar ayının orta temperaturu −42 ° C, iyul + 17 ... + 18 ° C olur. illik yağıntının miqdarı 200-250 mm-dir.
Böyük çayları - Lena, Aldan. Ulus ərazisində çoxlu göl vardır. Onlardan ən böyüyü Muru, Onor ebete və ya Kııs Tıqanı, Tarqılcıma.
Ulusda qonur kömür, tikinti materialları yataqları vardır.
Ust-Aldan ulusu 9 yanvar 1930-cu ildə borogon saxalılarının torpaqlarında meydana gəlir. Boroqonlar saxaların iki böyük tayfa birliklərindən (Kangalastsam ilə birlikdə) biridir. Bir versiyaya görə Boroqon adı Çingiz xanın doğulduğu türk-monqol qəbiləsi Borjiqin adından gəlir.
Boroqon ulusunun qurulması XIII əsrin əvvəllərinə təsadüf etdiyi güman edilir. 1815-ci ildə Dupinski ulusu ondan ayrılmışdır. Hazırkı formada, Ust-Aldan ulusuna həm bu ulusun əraziləri, həm də Bayaqantay ulusunun bir hissəsi daxildir.
2002-ci il siyahıyaalmasına görə ulusun etnik əhalisinin böyük hissəsini saxalar (98 %) təşkil edir.
Ust-Aldan ulusu ərazisinə 21 kənd inzibati vahidliyinə ümumilikdə 35 yaşayış məntəqəsi daxildir[3][4].
İqtisadiyyatda aparıcı yer kənd təsərrüfatına aiddir. Onun əsas sənayesi heyvandarlıqdır (ətlik və südlük heyvandarlıq, ətlik atçılıq). Kənd təsərrüfatı torpaqları 148,2 min ha təşkil edir. Kartof, tərəvəz və dənli bitkilər becərilir. Ulusda dövlət təsərrüfatları, birliklər, kəndli təsərrüfatları vardır. Bir ət kombinatı və süd fabriki, yerli sənaye müəssisələri var.
Ulusun ərazisində "Dostluq" (Sottintsı) Lena Tarixi-Memarlıq Muzey-Qoruğu, Tandinski Tarixi və İnqilabi Muzeyi, Boroqon Yerli Diyarşünaslıq Muzeyi yerləşir.
1972-ci ildə Vasili Stepanoviç Parnikov tərəfindən təsis edilən “Kençeeri” xalq ansamblı Rusiyada tanınır[5]. 2015-ci ildə ansambl "Xalq sənətinin əməkdar kollektivi" adına layiq görülüb[6].
1862-ci ildə qurulan İ.N.Jirkov adına Dyupsyun orta məktəbi və 1872-ci ildə qurulmuş Q.V. Yeqorov adına 1 nömrəli Myuryun orta məktəbi Saxanın ən qədim təhsil ocaqlarından biridir.
Ulusda Borogon-TV adlı bir televiziya studiyası fəaliyyət göstərir. «Muru saxarqata» qəzeti nəşr olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.