Urus-Martan rayonu

From Wikipedia, the free encyclopedia

Urus-Martan rayonumap

Urus-Martan rayonu (çeç. Хьалха-Мартанан кӏошт[4]) — Rusiya Federasiyasının Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu).

Cəld faktlar Ölkə, İnzibati mərkəz ...
Urus-Martan rayonu
Хьалха-Мартанан кIошт
Thumb
Thumb Thumb
Bayraq Gerb

43°05′ şm. e. 45°32′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Urus-Martan[1]
Tarixi və coğrafiyası
Yaradılıb 30 noyabr 1922
Sahəsi
  • 649,15 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 171.261 nəf. (2024)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu 87145
Rəsmi sayt
Thumb
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

İnzibati mərkəzi Urus-Martan şəhəridir.

Coğrafiya

Rayon Çeçenistan Respublikasının cənub-qərb hissəsində yerləşir. Şimalda Qroznı rayonuQroznı şəhər dairəsi, şərqdə - Qudermes rayonu, şərqdə Şali və Şatoy rayonu, cənubda İtum-Kali rayonu, qərbdə Açxoy-Martan rayonu ilə həmsərhəddir. Rayonun sahəsi 1138.81 km² -dir (1 yanvar 2020 -ci ilə qədər 649.15 km² olmuşdur). Ərazinin qərbdən şərqə 29 km, şimaldan cənuba 31 km-dir.

Tarix

Urus-Martan rayonu 30 noyabr 1922-ci ildə qurulur.

1 avqust 1934-cü ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Çeçen-İnquş Muxtar Vilayətində mərkəzi Qrozmı şəhəri olan Qroznı rayonu qurulması haqqında qərtara verilir. Ütəlik bura Urus-Martan rayonunun Berdıkel, Çeçen-Aul, Novıye Aldı və Alxan-Kala kəndləri daxil edilir[5].

1944-cü ildə Çeçenlərin və inquşların deportasiyası və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvindən sonra Urus-Martan rayonu Krasnoarmeyski rayonu adlandırılır.

1957-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının bərpası ilə rayon əvvəlki adına qaytarılır.

1 yanvar 2020-ci ildə Starıye Ataqi kəndi ilə Grozni rayonu ərazisinin bir hissəsi, eləcə də Akçoy-Martan rayonunun Staro-Akçoy kənd yaşayış məntəqəsinin ərazisinin bir hissəsi Urus-Martan rayonuna verilir.

Əhali

Rayonda 12 yaşayış məntəqəsi var. Statistikaya görə 1 sentyabr 1997-ci il tarixinə əsasən əhalinin sayı 107 993 nəfər olmuşdur. Ən böyük yaşayış məntəqəsi Urus-Martan şəhərindədir.

Urbanizasiya

Rayon ərazisində ümumi əhalinin 40,09 % şəhərlərdə yaşayır (Urus-Martan).

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir [6]:

Əlavə məlumat Xalq, Say, nəf. ...
Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
çeçenlər 118 502 98,27 %
ruslar 925 0,77 %
digərləri 784 0,65 %
bildirməyənlər 374 0,31 %
ümumi 120 585 100,00 %
Bağla

İnfrastruktur

Kənd təsərrüfatı təyinatlı 29918 hektar, sənaye təyinatlı isə isə 3 hektar ərazi istifadədədir. Su təchizatı xətlərinin uzunluğu 210 km, telefon xətləri 67 km, qaz kəməri 325 km, təsərrüfat yolları isə 128 km təşkil edir.

İqtisadiyyat

Rayonun inzibati sərhədləri daxilində ümumi torpaq sahəsi 64915 hektardır ki, bunun da 37962 hektarı sovxozların istifadəsindədir. Rayon ərazisindəki Qoslesfond torpaqları 24.175 hektar ərazini tutur.

Rayonun bütün təsərrüfatları çoxşaxəlidir. Urus-Martan rayonunun əsas təsərrüfat istiqaməti bitkiçilik və meyvə-tərəvəz istehsalıdır.

Təhsil

Rayonun ərazisində 31 orta məktəb, bir internat məktəbi, pedaqoji kollec və sürücülük məktəbi vardır.

Həmçinin bax

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.