![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a5/ConantClock.png/640px-ConantClock.png&w=640&q=50)
Ulduz vaxtı
From Wikipedia, the free encyclopedia
Verilmiş coğrafi meridianda yaz bərabərliyi nöqtəsinin iki ardıcıl eyni adlı kulminasiyası (aşağı və ya yuxarı kulminasiya) arasında keçən zaman fasiləsinə ulduz günü deyilir.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a5/ConantClock.png/640px-ConantClock.png)
Ulduz gününün başlanğıcı yaz bərabərliyi nöqtəsinin yuxarı kulminasiyasından hesablanır.[1]
Yaz bərabərliyi nöqtəsinin yuxarı kulminasiyasından verilmiş ana qədər keçən vaxta ulduz vaxtı deyilir.
Verilmiş coğrafi meridianda ulduz vaxtı ədədi qiymətcə yaz bərabərliyi nöqtəsinin saat bucağına bərabər olacaq.
Bir çox astronomik məsələlərin həllində ulduz vaxtından istifadə etmək əlverişlidir. Lakin bizim həyatımız və əməli fəaliyyətimiz üçün bu anlayış yaramır. Bizim gündəlik həyatımız Günəşin doğub batması ilə əlaqədar olduğundan Günəş günü və Günəş vaxtından istifadə etmək daha uyğundur.[1]