Ukraynanın Nüvə energetikası
From Wikipedia, the free encyclopedia
Ukraynanın nüvə enerjisi - Ukraynada energetikasının bir sahəsidir. Ukraynada 15 enerji bloku olan 4 atom elektrik stansiyası (AES) fəaliyyət göstərir, bunlardan biri ümumi quraşdırılmış gücü 6000 MVt olan 6 SSER (Su-Su Energetik Reaktoru) enerji blokluna malik Zaporojye AES-dir ki, bu da Avropada ən böyük AES sayılır. Energetik reaktorlarının sayına görə (hamısı SSER növünə aiddir) Ukrayna dünyada 10-cu, Avropada isə beşinci yerdədir.
2014-cü ilin yay-payız dövründə atom elektrik stansiyalarında elektrik enerjisi istehsalı uzun illərdən sonra, hərbi əməliyyatlar ilə əlaqədar olaraq və yanacaq çatışmazlığı (kömürün azalması) səbəbindən, yenidən ümumi istehsalın 50%-ni ötmüşdür. [1] ; 2017-ci ildə nüvə enerjisinin payı ölkədə ümumi elektrik enerjisi istehsalının 55%-ni təşkil etmiş, AES-lərin ümumi gücü 13107 MVt olmuşdur . Belə intensiv istismara baxmayaraq, Ukraynanın nüvə enerjisi sənayesi əvəzedici güclərin təcili tikintisinə ehtiyac duyur: 2021-ci ilə olan vəziyyətə əsasən Ukrayna AES-lərinin yalnız üç enerji bloku layihə istismar müddətindən kənara çıxmamıçdır. Qalanlarının istismar müddəti uzadılmışdır.