Ukrayna Milli Elmlər Akademiyası
Ukraynada akademiya / From Wikipedia, the free encyclopedia
Ukrayna Milli Elmlər Akademiyası (ukr. Національна академія наук України, qısa UMEA) — Ukrayna Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi. Təşkilat təbiət, texniki, humanitar, sosial elmlər və incəsənətin müxtəlif sahələrində fundamental və tətbiqi elmi tədqiqatları və inkişafları təşkil edən, aparan və əlaqələndirən ali dövlət elmi qurumudur Akademiyanın 5 aprel 2002-ci il tarixli Ümumi Yığıncağında təsdiq edilmiş Nizamnamə və Ukrayna qanunvericiliyi (Nizamnamənin 1-ci bəndi) əsasında fəaliyyət göstərir. Ukrayna Milli Elmlər Akademiyası Ukraynada özünüidarə edən dövlət tərəfindən maliyyələşdirilən təşkilatdır və ölkədə elmi-tədqiqat institutları sistemini əlaqələndirməklə elm və texnologiyanın əsas inkişafı mərkəzidir.
Ukrayna Milli Elmlər Akademiyası UMEA | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1918 |
Əvvəlki adı | Ukrayna SSR Elmlər Akademiyası |
Digər məlumatlar | |
Prezident | A.Q.Zaqarodnı |
İşçi sayı | 27 807 (elmi işçi 14 503) |
Ünvan | Volodymyrska, 57, Kiyev, Ukrayna |
Sayt | nas.gov.ua/en/Pages/defa… |
Mükafatlar | |
Vikianbarda əlaqəli mediafayllar |
27 noyabr 1918-ci ildə Getman Pavel Skoropadski hökuməti tərəfindən təsis edilib. Vladimir Vernadski Ukrayna Elmlər Akademiyasının qurucu üzvü olub və ilk prezidenti vəzifəsini icra edib. 1962-2020-ci illərdə Akademiyanın prezidenti iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Ukrayna Qəhrəmanı, Lenin mükafatı laureatı, akademik Boris Paton olub.
2020-ci ildən Akademiyanın prezidenti akademik Anatoli Zaqorodnıdır.
Akademiya hər il Ukrayna Nazirlər Kabinetinə hesabat verir. Akademiyanın rəyasət heyəti 1917-18-ci illərdə müstəqillik dövründə Mərkəzi Şuranın yerləşdiyi Pedaqoji Muzeyin binası ilə üzbəüz, Volodymyrska, 57 ünvanında yerləşir.
1919-1991-ci illərdə UMEA Sovet İttifaqı Elmlər Akademiyasının respublika bölməsi idi.[2]