«Ufa-Аrеnа» universal idman kompleksi (başq. Өфө-Арена) — Ufa şəhərində yerləşən çox funksiyalı idman-konsert komplekski. İdman kompleksi Rusiyanın «Salavat Yolayev» hokkey klubunun (19 dekabr 2007) ev arenasıdır. Arenada ilk oyun 27 avqust 2007-ci ildə Rusiyanın gənclərdən ibarət hokkey yığması ilə Kanadanın gənclərdən ibarət hokkey yığması arasında baş vermişdir.

Cəld faktlar Yeri, Təməli qoyulub ...
Ufa-Arena
Thumb
Thumb
Yeri Başqırdıstan Ufa, Başqırdıstan, Rusiya
Təməli qoyulub 2006
Tikilib 2007
Tikinti xərcləri US$ 80,000,000
Sahibi Suriya Hökuməti
Tamaşaçı tutumu 8 070
Ev sahibi komanda Salavat Yulayev
Meydançanın ölçüləri 60×30 m
Ot örtüyü buz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla
Thumb
«Ufa-Arena»

Tikinti

Rusiya yeni hokkey arenalarından fərqli olaraq («Tatneft-Arena», «Arena Omsk», «Arena Mıtişi» və s.) «Ufa-Arena» yerli tikinti şirkətlərin əməyi ilə inşa edilmişdir. Binanın layihəsi İldar Fanisoviç İbrahimov və Vladimir Nikolay Savenkoya tərəfindən hazırlanmışdır. «Ufa-Arena» Başqırdıstanın Rusiyaya birləşməsinin 450 illiyi münasibətilə inşa edilmişdir.

İkinci mərhələ

Ufa-Arenanın ehtiyat meydançası 640 yerlik tamaşaçı tutumuna malikdir[1]. İkinci mərhələsinin açılışı 20 noyabr 2011-cu ildə baş tutmuşdur. Arenanın açılışında Başqırdıstan Respublikasının Prezidenti Rüstəm Xamitov, Başneftin rəhbərliyi, Ufa meri Pavel Kaçkaev iştirak etmişdir. İkinci mərhələnin gerçəkləşməsi məqsədi ümumi xərcin 20 % ödəmişdir. İki il ərzində tikinti işlərinə 105 milyon rubl xərclənmişdir.

Arxitektura

«Ufa-Arena» iki meydançadan ibarətdir. Birinci meydança 8070, kiçik meydança isə 640 tamaşaçı tutumuna sahibdir. Arenanın birinci mərtəbəsində idmançıların istirahət otağı, iki buz hamarlayan maşın üçün qaraj, tibbi baxış və dopinq nəzarəti kabinetləri, ikinci və fördüncü mərtəbələr arasında VIP-lojalar vardır. Üstəlik arenada kommentator otağı, KİV otağı və restoran belə vardır.

Xüsusiyyətləri

Əsas arena[2]
  • Ümumi sahəsi — 29 070 m²
  • Tamaşaçı yeri — 8 070
  • Yeraltı park 996 m/yer
Ehtiyat arena[3]
  • Ümumi sahəsi — 8300 m²
  • Tamaşaçı yeri — 640
  • Yeraltı park 222 m/yer.

İstinadlar

Mənbə

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.