![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/az/thumb/9/96/UEFA_Euro_2020_Logo.svg/langaz-640px-UEFA_Euro_2020_Logo.svg.png&w=640&q=50)
UEFA Avro 2020
UEFA 2020 Avropa çempionatı və ya qısaca UEFA Avro 2020 – Avropanın ali futbol qurumu olan, Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) tərəfindən təşkil edilən sayca 16-cı turnirdir / From Wikipedia, the free encyclopedia
UEFA 2020 Avropa çempionatı və ya qısaca UEFA Avro 2020 (həmçinin UEFA Avro 2021) – Avropanın ali futbol qurumu olan Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) tərəfindən təşkil ediləcək sayca 16-cı turnirdir.[1] Turnirin qalibi finalda İngiltərəni məğlub edən İtaliya oldu.
UEFA Avro 2020 | |
---|---|
![]() | |
Yarış məlumatları | |
Ev sahibi şəhər |
Amsterdam – ![]() Bakı – ![]() Budapeşt – ![]() Buxarest – ![]() Kopenhagen – ![]() Qlazqo – ![]() London – ![]() Münhen – ![]() Roma – ![]() Sankt-Peterburq – ![]() Sevilya – ![]() |
Tarix | 11 iyun — 11 iyul 2021 |
Başlama tarixi | 11 iyun 2021 |
Bitmə tarixi | 11 iyul 2021 |
Komanda sayı | 24 |
Stadion sayı | 11 (11 ev sahibi şəhərdə) |
Yekun nəticəsi | |
Çempion |
![]() |
İkinci |
![]() |
Yarış statistikası | |
Oyun sayı | 50 |
Qol sayı | 140 (matç başına: 2.8) |
Tamaşaçı sayı | 1032105 matç başına: 20642 |
Mükafat sahibləri | |
Bombardir(lər) |
5 qol:![]() ![]() |
Ən yaxşı oyunçu |
![]() |
Ən yaxşı gənc oyunçu |
![]() |
← 2016 2024 → | |
![]() |
Turnirin 2020-ci il 12 iyun-13 iyul tarixində keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyasına görə 1 il təxirə salındı.
UEFA-nın 17 mart 2020-ci il tarixində keçirilmiş iclasında UEFA prezidenti Aleksandr Çeferinin verdiyi qərara əsasən, turnir 11 iyun 2021-ci il tarixində start götürüldü.
Turnir 11 UEFA-ya üzv ölkənin 11 müxtəlif şəhərində 11 iyundan 11 iyula qədər keçirildi. Avropa Çempionatları tarixində ilk dəfə bu turnirdə video köməkçi hakim (VAR) texnologiyasından istifadə edildi.[2]
Turnir əvvəlki illərdən fərqli olaraq bir və ya iki ölkədə yox, 12 ölkədə keçirilmişdir. Bu barədə ilk məlumatı, "UEFA"nın keçmiş prezidenti Mişel Platini 2013-cü ildə məlumat vermişdi.[3] Oyunların keçiriləcəyi bütün stadionlar nəhəng tutuma malikdir. Londonda yerləşən Uembli stadionu 1996-cı ildəki çempionatdan sonra ikinci dəfə yarımfinal və final oyunlarına ev sahibliyi etdi. Turnirin açılış matçı Roma Olimpiya Stadionunda İtaliya və Türkiyə milliləri arasında keçirildi və İtaliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşdı.