![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7a/Supply-and-demand.svg/langaz-640px-Supply-and-demand.svg.png&w=640&q=50)
Tələb
From Wikipedia, the free encyclopedia
Tələb (ing. demand) — istehlakçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda almağa hazır və imkanı olduğunu göstərir.[1] Qrafikdə tələb əyri kimi ifadə olunur, və əsasən qiymətdən mənfi və ya tərs şəkildə asılıdır. Bu asılılıq tələbin qanununa müvafiqdir: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı tələbin düşməsinə səbəb olur.[2][3] Bu qanun istehlakçıların seçimi üzrə müşahidələrə və sağlam və rasional düşüncələrə uyğun gəlir.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7a/Supply-and-demand.svg/320px-Supply-and-demand.svg.png)
Yüksək qiymət nə isə almağa niyyətini azaldır, və pərakəndə ticarətdə baş verən güzəştlər və satışlar müştəriləri cəlb etmək məqsədini daşıyırlar. Bundan başqa, hər bir yeni məhsul istehlakçıya azalan əlavə fayda gətirir. Misal üçün, ikinci yeyilən dönər daha az fayda gətirir, nəinki birinci. Ona görə əlavə məhsulu almağa daha aşağı qiymət səbəb ola bilər.
Qiymətin dəyişməsi həm də sərvət və əvəz etmə effektlərinə yol verə bilər. Məsələn, qiymətin düşməsi istehlakçı üçün sərvətin alıcılıq qabiliyyətinin artımına bərabərdir. Bu sərvət effektidir. Əvəz etmə effekti isə bildirir ki, istehlakçı alternativlərindən daha ucuz məhsula keçəcək. Misal üçün bir birini əvəz edə bilən alma və portağal şirələri. Əgər alma şirəsinin qiyməti aşağı düşərsə, istehlakçi portağaldan daha çox alma şirəsini alacaq, yəni ki ona tələb artacaq. Mikroiqtisadi təhlildə sərvət və əvəz etmə effektləri riyazi şəkildə Slutski düsturu ilə ifadə olunur.
İnsanların almaq istədikləri və almağa qadir olduqları əmtəə və ya xidmətlərin miqdarına tələbin həcmi deyilir.