From Wikipedia, the free encyclopedia
Tüvik (lat. Accipiter badius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Tüvik | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Telluraves Klad: Accipitrimorphae Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Tüvik |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Göyərçin boydadır. Rəngi açıqdır. Beli qonur, qarın tərəfi ağ zolaqlı açıqkürəndir. Yanaqları bozdur. Dişisinin qarın tərəfindəki köndələn zolaqlar qəhvəyi-qonurdur.
Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda yalnız Lənkəran düzənliyində (Vel kəndi) nəsil verməsi müəyyən edilib.
Hündür ağaclar olan seyrək, işıqlı meşədə və köhnə meyvə bağlarında məskunlaşır. Azərbaycanda öyrənilməyib. Arealının başqa yerlərindən əldə edilmiş məlumata görə gec gəlib, tez köçür. Aprel ayının axırında gəlir, sentyabrda uçub gedir. Ağacda yerdən 5–12 m hündürdə yuva tikir. Mayın axırında 3-4 ədəd yaşıl çalarlı süd kimi ağ yumurta verir. Dişi quş 33-35 gün kürt yatır. Avqustun əvvəlində pərvaz balaları müşahidə olunur. Yemini adətən açıq sahədə yerdən götürür: iri həşərat, sürünənlər, siçanabənzər gəmiricilər, bəzən quş ovlayır.
Həmişə nadir olub. XX əsrin axırında 5 cüt qeyd edilib. Lakin son 10 ildə 1 dəfə görünüb. Nəslinin kəsilməsi ehtimal olunur.
Ovlanması qadağandır, Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilib. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.