Txaba-Yerdi
From Wikipedia, the free encyclopedia
Txaba-Yerdi (inquş Тхьаба-Ерда, ТкъобӀаь-Ерда) — İnquşetiyanın Ceyrax rayonunda, Assa dərəsinin Xayrax və Pui kəndləri arasında, Gürcüstanla sərhəddən çox uzaqda yerləşən qədim xristian məbədi. Ceyrax-Assa Dövlət Tarix-Memarlıq və Təbiət Muzey-Qoruğunun tərkibinə daxildir. Uzunluğu 17 metr, eni 7,5 metrdir.
Cəld faktlar Din, Yeparxiya ...
xristianlıq | |
Txaba-Yerdi | |
---|---|
inquş Тхьаба-Ерда, ТкъобӀаь-Ерда | |
Din | |
Yeparxiya | Mahaçqala[1] |
Yerləşməsi | |
Ölkə | Rusiya |
Yeri | Ceyrax rayonu |
Memarlıq | |
İnşa tarixi | VIII əsr |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Txaba-Yerdi dağ məbədinin kim tərəfindən və nə vaxt tikildiyi barədə tarixçilər, arxeoloqlar arasında yekdil fikir yoxdur.
10 noyabr 2012-ci ildə kilsədə yüz ildən artıq müddətdə ilk dəfə olaraq pravoslav ibadəti keçirilib.[2]